Anapa çimərliklərində istirahət edənlərə çimmək qadağandır…


Anapa çimərliklərinin yaxınlığında ictimai məlumatlandırma sistemləri ilə təchiz edilmiş iki avtomobil görünüb. Onlar sahil zonasını boşaltmaq üçün təcili tövsiyə ilə müraciət göndəriblər.

Anapada səsgücləndiriciləri olan xüsusi avtomobillər sahil xətti boyunca hərəkət edərək, mövcud müvəqqəti məhdudiyyətlər barədə tətilçilərə məlumat verir.

SİA xəbər verir ki, bu barədə məlumat Krasnodar diyarının operativ qərargahının Telegram kanalında yerləşdirilib.

Bir maşın Mərkəzi çimərlikdən Vityazevo kəndinə qədər olan ərazidə, ikincisi isə Blaqoveşchenskaya kəndində sahil boyu hərəkət edir.

Yayılan açıqlamada çimərliklərə və yerli sakinlərə çimərliklərin müvəqqəti bağlanması ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.

Xüsusi avadanlıqlarla qum təmizləmə işləri aparıldığı üçün dənizdə çimmək qadağan edilib, çimərliklərdə qalmağın tövsiyə olunmadığı vurğulanır.

Yada salaq ki, 2024-cü il dekabrın 5-də Kerç boğazında neft məhsulları daşıyan “Volqoneft-212” və “Volqoneft-239” tankerlərinin iştirakı ilə qəza baş verib. İnsidentin ehtimal olunan səbəbi kimi əlverişsiz hava şəraiti göstərilirdi. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 3,8 min tona yaxın mazut Qara dənizə dağılıb. Sonradan neft məhsulları Anapa sahillərinə və Temryuk bölgəsində üzə çıxıb və daha sonra Krıma çatıb.

Ekoloqlar dağılan mazutun bir hissəsinin dibinə çökdüyünə və dənizin dibindən səthə çıxa biləcəyinə işarə edərək, fəlakətin mümkün uzunmüddətli nəticələri barədə xəbərdarlıq edirlər.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər