Azərbaycan ilk müstəqilliyini 1918-ci ildə qazanıb…



Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında…



“Bütün xalqlar dünyada müstəqilliyə can atırlar və bu müstəqillik əlbəttə hamsına qismət olmur. Azərbaycan isə ilk müstəqilliyini 1918-ci ildə demokratik respublika kimi Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında qazanmış və müstəqillik kimi bir sənədi tərtib etmişdilər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu sənəddə müstəqil Azərbaycan demokratik dövlətinin müstəqilliyin bütün aspektləri hüquqi şəkildə öz əksini tapmışdır: “Daha sonra isə Azərbaycan Respublikası Sovet İttifaqının tərkibində inkişaf etdi və Azərbaycan demokratik respublikanın ömrü o qədər də, uzun olmadı.

Bu gün isə artıq yenidən Azərbaycan müstəqillik qazanandan sonra Azərbaycan o tarixi anlara qovuşaraq, müstəqilliyimizi Azərbaycan demokratik respublikanın davamı kimi götürürük. Bu gün artıq Azərbaycanda istər müstəqillik günü, istər də digər dövlət atributlarının, yəni ordunun və s. xidmətlərin məhz Azərbaycan demokratik respublikasının tarixindən götürülür”.

Hərbi ekspert qeyd edir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz çıxışlarında dəfələrlə demişdi ki, “Mən ümid edirəm ki, Azərbaycan nə vaxtsa yenidən müstəqillik qazanacaq”.

Naxçıvanski adına məktəbinin məhz sovetlər birliyi dövründə yaratması Ümummilli lider Azərbaycanın gələcək müstəqilliyini görərək bu addımını atmışdır və bu haqda öz fikirlərini bölüşmüşdür.

Bir hərbiçi kimi bu fikirlərimi söyləyərkən yenə də, Ulu Öndərin kəlamlarına üz tuturam. Ulu Öndər demişdir ki, “müstəqillik qazanmaq onu qorumaqdan daha çətindir” və Azərbaycanın yeni tarixi artıq bu sözlərin nə qədər düzgün olduğunu göstərdi və Azərbaycanın yenidən müstəqillik qazanandan sonra ona qarşı olan təzyiqlər, işğal prosesləri göz qabağındadır”.

Ş.Ramaldanov bildirir ki, Ulu Öndərin liderlik xüsusiyyətləri tarixi bir şəxsiyyət kimi Azərbaycanın xilaskarı kimi, Azərbaycanın ziyalıların müraciətini qəbul edərək təhlükəli bir vəziyyətdə özünün və ailəsinin Azərbaycanın müstəqilliyinə qurban etməyə hazır olduğunu göstərdi: “Ümummilli Lider Azərbaycana öz qayıdışı ilə Azərbaycanı qardaş qırğınından, gündən günə genişlənən işğaldan ölkəni qorudu. Sonra isə Azərbaycanın müstəqilliyini qorumaq üçün Azərbaycan xalqını həm iqtisadi dirçəlişə istiqamətləndirən daxili sabitliyə istiqamətləndirilən siyasəti uğurla apardı. Əlbəttə bu uğurlar Azərbaycanın ordusunun da, formalaşmasında, inkişafında özünəməxsus rol oynadı.

Ümummilli liderin gəlişi ilə Ali Baş Komandan olaraq Azərbaycanda uğurlu “Horodiz” əməliyyatı deyilən bir əməliyyat tariximizin səhifəsinə qızıl hərflərlə yazıldı. Horodiz əməliyyatının uğurlu nəticəsində erməni faşistləri məhz “Bişkek” razılığına qol çəkmək məcbur etdi. Bundan sonra isə Azərbaycanın ordu quruculuğu, atəşkəs dövründə davam etdi.

Əlbəttə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasətini müstəqilliyi qorumaq istiqamətində onun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirdi. İlham Əliyevin dövründə Azərbaycanın inkişafı daha sürətlə, daha uğurlu inkişaf edərək beynəlxalq səviyyədə geosiyasi arenada nüfuzunu artmasına səbəb oldu.

Azərbaycan öz müstəqilliyini qoruyaraq çox saylı beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Azərbaycanda mühüm görüşlər keçirildi. Azərbaycan bəzi geosiyasi proseslərdə gedən qaynar proseslərin soyumasında, sülh münasibətinin yaranmasında bir körpü rolu oynadı. Ona görə də Azərbaycanda Cop29 kimi bir tədbir keçirtdi. Prezident məhz “Qoşulmama” hərəkatında fəal iştirak etdi”.

Əlaqəli Xəbərlər