Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının Şura sədri Əli bin Saleh Əl Salehlə görüşüb. SİA xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər parlamentlərarası əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılıb.