Milli Məclisdə Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu müzakirə olunacaq. SİA xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-ü keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.