…Polis rəisinin müavini əlavə edib ki, Qələbə Parkındakı keçmiş abidə ətrafına toplaşmaq cəhdi qeydə alınmayıb. Lakin bir nəfər bu yerin yaxınlığında gül atmağa çalışıb.
SİA-nın məlumatına görə, Latviya polisi 67 cinayət işi açıb və 8 nəfəri “Qələbə Gününü qeyd etdiyinə görə” saxlayıb. Bununla belə, şəbəkə qeydləri qiymətləndirildikdən sonra başlanmış inzibati proseslərin sayı arta bilər.
LETA agentliyinin məlumatına görə, polis rəisinin müavini Andris Zellis bildirib ki, işlərin əksəriyyəti ictimai yerlərdə “qadağan olunmuş” simvolların istifadəsi ilə bağlı başlanıb. O, aydınlaşdırıb ki, söhbət buketlərdə və geyimlərdəki döş nişanlarında olan Müqəddəs Georgi lentlərindən, eləcə də sovet mahnılarının səsləndirilməsindən gedir.
Zellis vurğulayıb ki, 2024-cü ildən fərqli olaraq bu il inzibati xəta ilə bağlı üç iş açılmayıb.
Polis rəisinin müavini əlavə edib ki, Qələbə Parkında “Riqa azadediciləri”nin keçmiş abidəsi önünə toplaşmaq cəhdi qeydə alınmayıb.
Lakin bir nəfər bu yerin yaxınlığında gül atmağa cəhd edib və buna görə cərimələnib.
Nazlı Almuradova