Azərbaycan-Vyetnam münasibətləri möhkəm və tarixi təməlləri olan dostluğa əsaslanır

Azərbaycanın yerləşdiyi coğrafi məkan, artmaqda olan beynəlxalq nüfuzu, tarixi əhəmiyyətli təşəbbüsləri, yüksəlməkdə olan iqtisadi potensialı ölkəmizi həm Avropa, həm də Asiya coğrafiyasında önəmli aktora çevrilməsini şərtləndirir. Bu kontekstdə Şərqlə Qərb arasındakı loqistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamızın son dövrlər çoxvektorlu beynəlxalq və ikitərəfli əlaqələri daha çox diqqət çəkməkdədir. Eyni zamanda Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri və atdığı düşünülmüş səmərəli diplomatik addımları sayəsində Şimalda Rusiya ilə formalaşmış müttəfiqlik münasibətləri, başda qardaş Türkiyə olmaqla Avrasiya məkanını əhatə edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin sürətli inkişafı, son vaxtlar…

Daha çox

Putinin təklifi Ərdoğana hədiyyə olaraq görülür

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İstanbulda Ukrayna ilə danışıqlar aparmaq təklifini hədiyyə edib, çünki bu, Ankaraya Qərbə təzyiq etmək üçün alət verir. SİA-nın məlumatına görə, bunu Lenta.ru ilə söhbətində politoloq və Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib. Bundan əlavə, ekspert vurğulayıb ki, bu təklif Moskva ilə Ankara arasında münasibətləri gücləndirir, çünki Ərdoğan dəfələrlə Türkiyə tərəfinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllində iştirakında maraqlı olduğunu bildirib. Sezer eyni zamanda Putinin öz hərəkətləri ilə “Qərbə meydan oxuduğunu” və bir çox Qərb rəsmiləri arasında çaşqınlıq yaratdığına diqqət…

Daha çox

Azərbaycan ilk müstəqilliyini 1918-ci ildə qazanıb…

Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında… “Bütün xalqlar dünyada müstəqilliyə can atırlar və bu müstəqillik əlbəttə hamsına qismət olmur. Azərbaycan isə ilk müstəqilliyini 1918-ci ildə demokratik respublika kimi Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında qazanmış və müstəqillik kimi bir sənədi tərtib etmişdilər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, bu sənəddə müstəqil Azərbaycan demokratik dövlətinin müstəqilliyin bütün aspektləri hüquqi şəkildə öz əksini tapmışdır: “Daha sonra isə Azərbaycan Respublikası Sovet İttifaqının tərkibində inkişaf etdi və Azərbaycan demokratik respublikanın ömrü o qədər də,…

Daha çox

Tarif müharibəsinin PƏRDƏARXASI

ABŞ-ın tarif artımlarına qarşı Çinin cavab tədbirləri impulsiv reaksiyalar deyil, Amerikanın illərlə imicinin saxlanmasından sonra qaçılmaz olan strateji hesablanmış addımlardır. Çin məhz qısamüddətli çətinlikləri qəbul etməklə ABŞ-ın ticarət və texnologiya hegemonluğunu qırmaq istəyini gizlətmədiyi kimi, Amerika da öz növbəsində tarif məsələsini rəqabət niyyəti ilə ortaya atıb. Bu mübarizədə, hətta belə demək mümkünsə, müharibədə Çin ilk növbədə ABŞ-ın təzyiqinə təslim olmağın yeganə irəliləyiş yolu olmadığını nümayiş etdirmək istəyir. Məhz tarif müharibəsi deyilən bu mübarizənin pərdəarxasında çox müəmmalı məqamlar gizlənir… Dünyanın iki ən böyük ölkəsi arasında iqtisadi əlaqələr de-fakto pozulub Çin və…

Daha çox

Mərkəzi Bank əsas faiz dərəcəsinin artırılması ehtimalını qiymətləndirib

Rusiya Federasiyası Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclaslarında əsas faiz dərəcəsinin artırılması ehtimalı qalır; belə bir ssenarini hələlik istisna etmək olmaz. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin aprel iclasının yekunlarına dair xülasəsində məlumat verilib. Eyni zamanda, aprelin sonunda uçot dərəcəsinin artırılması ehtimalı mart ayı gözləntiləri ilə müqayisədə azalıb. Bunu Mərkəzi Bank qeyd edib. Bununla belə, Rusiya iqtisadiyyatına yüksək inflyasiya təzyiqi fonunda belə risklər hələ də qalmaqdadır. …Əsas dərəcəsin artırılması ehtimalı qalsa da, mart ayı ilə müqayisədə azalıb, – tənzimləyici yekunlaşdırıb. İstehlak qiymətlərinin tədricən aşağı düşməsi tendensiyası…

Daha çox

Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı görürük

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatı olmaqla yanaşı, bu prosesin tezliklə uğurla başa çatacağına əminlik yaradır. Xüsusilə son vaxtlar soydaşlarımızın qayıdış ünvanlarının sayının artması bunu bir daha sübut edir. Tarixi Zəfərimizdən sonrakı dövrün qürurverici məqamlarından biri də bayramlarda, əlamətdar günlərdə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfər etmələridir. Prezident İlham Əliyev bu məkandan xalqa müraciət edərək bir daha bəyan edir ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Müasir müstəqil Azərbaycan dövlətinin…

Daha çox

Ermənistanın “köhnə peşə”si

İrəvan insi də Moskva ilə yaxınlaşmaq qərarına gəlib İrəvanın Aİ-yə üzv olmaq öhdəliyini elan etməsindən, lakin Brüsseldən lazımi dəstəyi ala bilməməsindən sonra Ermənistan və Rusiya hakimiyyəti ikitərəfli əlaqələri gücləndirib. Belə ki, yaxın vaxtlarda ölkəyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfəri nəzərdə tutulub. Bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Qələbə bayramı şənliyində iştirak edib. Rusiya diplomatiyasının rəhbərinin yaxın vaxtlarda İrəvana səfəri gözlənilir, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Səfərin dəqiq tarixi hələlik açıqlanmayıb. Eyni zamanda Moskva bildirir ki, respublikanı…

Daha çox

Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib

Bu gün energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbulda Bakı şəhəri, Biləsuvar və Kürdəmir rayonlarından olan vətəndaşların elektrik dirəklərinin istismar vəziyyəti, enerji verilişində fasilələr, enerjidən istifadəyə görə borcun yaranması, tikintiyə icazə rəyi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.…

Daha çox

“Səfərlər mühüm mesajlar verir”

“Prezident İlham Əliyevin tez-tez işğaldan azad edilmiş ərazlərə səfər etməsi siyasi, iqtisadi, demoqrafiya, təhlükəsizlik aspektlərinə görə böyük əhəmiyyət kəsb edir. Bu səfərlər yalnız daxili siyasətdəki bərpa prosesini dəstəkləmək anlamını deyil, həm də beynəlxalq münasibətlər və Azərbaycanın stateji mövqeyi baxımından mühüm mesajlar verir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Aqşin Kərimov sözlərinə belə davam edib: “Yəni Qarabağ və Şərqi Zəngəzura səfərlər, Azərbaycanın regional və beynəlxalq aləmdəki mövqeyini gücləndirmək məqsədini daşıyır. Bu səfərlər həm də regionda Ermənistana dəstək olan güc mərkəzlərinə açıq şəkildə mesaj verir ki, Azərbaycan yeni reallıqlara…

Daha çox

Süni intellekt insanlar üçün zərərli ola bilərmi?

“Zamanımızda baş verən mürəkkəb intellektual və informasiyayönümlü proseslər bütün dünyada olduğu kimi, Azərbaycanda da öz təsirini göstərməyə başlamışdır. Qlobal səviyyədə baş verən texnoloji yeniliklər bəzən Azərbaycan vətəndaşına qəribə görünsə də bunlar həyatın reallıqları və qaçılmaz faktlarıdır”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, hətta bu yerdə “reallıq” anlayışını “virtual reallıq” anlayışı ilə əvəz etsək, daha doğru olar. Bəli, insan get-gedə zəifləyən real ömrü ilə yanaşı, paralel olaraq virtual bir həyat da yaşamağa başlayır: “Virtual reallıq artıq sosial media, internet texnologiyaları və informasiya-kommunikasiya vasitələrində özünü geniş…

Daha çox