“Atılan addımlar öz müsbət nəticəsini verməkdədir”

“Prezident İlham Əliyevin 10 mayda Ağdama səfər etməsi və orada bir sıra obyektlərin və eyni zamanda Ağdam Muğam Mərkəzinin açılışını etməsi çox əlamətdar bir hadisədir. Bu səfərin məhz Ulu Öndərin ad günündə həyata keçirilməsi Onun xatirəsinə ən böyük töhfədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Ulu Öndərimiz Heydər Əliyevin istəklərindən biri torpaqlarımızın işğaldan azad olunması idi və soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması idi: “Bu gün Ulu Öndərimizin o arzusunu cənab Prezidentimiz reallaşdırır. Eyni zaman da məlumdur ki, ölkə Prezidentinin sərəncamı ilə Birinci Qayıdış Dövlət…

Daha çox

ABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumları 145 faizdən 30 faizə endirib

ABŞ və Çin son tariflərin əksəriyyətini geri götürmək və ticarət mübahisələrini həll etmək üçün ticarət müharibəsində 90 günlük barışıq elan etmək barədə razılığa gəliblər. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir ölkəsinin Çin mallarına tətbiq etdiyi 145 faiz tarif dərəcəsini 30 faizə, Çin isə eyni məbləğdə ABŞ mallarına tətbiq etdiyi tarifi 10 faizə endirməyə razı olduğunu açıqlayıb. Tarif azalması ilə bağlı bəyanat Cenevrədə iki ölkə nümayəndə heyətinin görüşü ilə bağlı mətbuat konfransında verilib. İki qlobal iqtisadi gücün bəyanatı birjaların kəskin yüksəlməsinə səbəb olub.

Daha çox

Azərbaycan və Somali aqrar əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir Məcnun Məmmədov Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir bildirib ki, Prezident İlham Əliyev Afrika ölkələri, o cümlədən Somali ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. O, kənd təsərrüfatının gələcək əməkdaşlıq üçün ən perspektivli sahələrdən biri olduğunu, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu qeyd edib. M.Məmmədovun sözlərinə görə,…

Daha çox

Tramp mayın 15-də İstanbula gələ bilər…

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndə heyətlərinin mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan görüşündə iştirak edə biləcəyini bildirib. SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir. Ağ Ev rəhbərinin sözlərinə görə, o, qarşıdan gələn görüşlə bağlı nikbindir. Eyni zamanda Tramp bu görüşdə Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskinin də iştirak edə biləcəyini də bildirib. Lakin Tramp təyin olunan gündə İstanbula səfər edə biləcəyinə hələlik əmin deyil. Ağ Ev rəhbərinin aydınlaşdırdığı kimi, onun artıq mayın 15-nə planlaşdırılan çoxlu görüşləri var. …Mən təkid etdim ki, bu görüşün baş tutması və…

Daha çox

Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək. SİA xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda keçiriləcək tədbirə dair məlumat COP29-un Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai tərəfindən verilib. Muxtar Babayev bildirib ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəf olub və əldə edilən nəticələr qürurvericidir. O vurğulayıb ki, iqlim dəyişikliyinin təsirləri davam etdiyi üçün fəaliyyətlər dayanmamalıdır və bu məsələ həm qlobal, həm də regional səviyyədə diqqətdə saxlanmalıdır: “Azərbaycan regionda iqlim tədbirlərində lider…

Daha çox

“Prezidentin Qarabağa hər səfəri böyük hadisə ilə yadda qalır”

“Cənab Prezident İlham Əliyevin Qarabağa hər səfəri böyük hadisə ilə yadda qalır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, səfərlər çərçivəsində həm müxtəlif inzibati, yaşayış binalarının açılışı olur, təməlqoyma mərasimləri keçirilir: “Bütün bu hadisələr və Qarabağın yeni tarixinə yazılan səhifələr qələbəmiz və cənab Prezidentin müdrik siyasəti ilə bağlıdır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurda açılışı olan müəssisələr Azərbaycan iqtisadiyyatına töhfə verir, yeni iş yerlərinin yaradılmasına səbəb olur, bölgənin inkişafını stimullaşdırır, bölgəyə sərmayənin cəlbediciliyini artırır. Xüsusilə vurğulamaq lazımdır ki, Ağdamda Muğam Mərkəzinin, Mədəniyyət evinin istifadəyə verilməsi bölgədə incəsənət,…

Daha çox

Azərbaycan və Bəhreyn XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani ilə görüşüb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüş zamanı Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, həmçinin regiondakı və beynəlxalq inkişaflar müzakirə olunub. Növbəti il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı məmnunluqla qeyd edilib, bu illər ərzində bir…

Daha çox

Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edilib

Ukrayna və Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıb. SİA-nın məlumatına görə, RBC-Ukrayna Telegram-da xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa deyib. …Biz qarşıdakı günlərdə gələcək sülh səylərini, eləcə də Rusiya atəşkəs və sülh səylərini rədd edərsə, sanksiyalar və digər addımları koordinasiya etdik, – deyə Ukrayna XİN rəhbəri bildirib. Onun sözlərinə görə, müzakirələrdə Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Avropa İttifaqı (Aİ) və ABŞ diplomatları iştirak ediblər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək hədələrindən danışıb. O,…

Daha çox

Azərbaycan-Vyetnam münasibətləri möhkəm və tarixi təməlləri olan dostluğa əsaslanır

Azərbaycanın yerləşdiyi coğrafi məkan, artmaqda olan beynəlxalq nüfuzu, tarixi əhəmiyyətli təşəbbüsləri, yüksəlməkdə olan iqtisadi potensialı ölkəmizi həm Avropa, həm də Asiya coğrafiyasında önəmli aktora çevrilməsini şərtləndirir. Bu kontekstdə Şərqlə Qərb arasındakı loqistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamızın son dövrlər çoxvektorlu beynəlxalq və ikitərəfli əlaqələri daha çox diqqət çəkməkdədir. Eyni zamanda Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri və atdığı düşünülmüş səmərəli diplomatik addımları sayəsində Şimalda Rusiya ilə formalaşmış müttəfiqlik münasibətləri, başda qardaş Türkiyə olmaqla Avrasiya məkanını əhatə edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin sürətli inkişafı, son vaxtlar…

Daha çox

Putinin təklifi Ərdoğana hədiyyə olaraq görülür

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İstanbulda Ukrayna ilə danışıqlar aparmaq təklifini hədiyyə edib, çünki bu, Ankaraya Qərbə təzyiq etmək üçün alət verir. SİA-nın məlumatına görə, bunu Lenta.ru ilə söhbətində politoloq və Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib. Bundan əlavə, ekspert vurğulayıb ki, bu təklif Moskva ilə Ankara arasında münasibətləri gücləndirir, çünki Ərdoğan dəfələrlə Türkiyə tərəfinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllində iştirakında maraqlı olduğunu bildirib. Sezer eyni zamanda Putinin öz hərəkətləri ilə “Qərbə meydan oxuduğunu” və bir çox Qərb rəsmiləri arasında çaşqınlıq yaratdığına diqqət…

Daha çox