…Yəqin, ruslar demiş, bu “morda”nı xatırlayırsınız? Bəli, Artsrun Ovannisyandır. O vaxt Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, hazırda isə Müdafiə Nazirliyinin Hərbi Akademiyasında komanda-qərargah institutunun rəhbəridir.
SİA-nın məlumatına görə, o vaxt Qarabağda gedən döyüşlər zamanı erməniləri yalan müjdələrlə aldadan erməni dığa, o gün ciddi görkəm alaraq Böyük Vətən müharibəsində almanların uduzmasına təəssüfləndiyini bəyan edib.
Onun dediyinə görə, Böyük Vətən müharibəsində sovet ordusunun məğlubiyyəti Ermənistan üçün faydalı ola bilərdi.
…Stalinqrad döyüşünün Ermənistan üçün faydalı olması fikri uydurmadan başqa bir şey deyil.
Bunu da bəyan edən Ovannisyan, Üçüncü Reyxin müharibədəki itkisindən pəjmürdə olduğunu bildirib.
Ovannisyan iddia edir ki, Ermənistanın Stalinqrad döyüşündəki qələbə sayəsində Türkiyə təcavüzündən xilas olması barədə geniş yayılmış inam yanlışdır.
Ovannisyanın fikrincə, əgər Üçüncü Reyx Stalinqrad döyüşündə qalib gəlsəydi sonradan Türkiyəni işğal edərək “Böyük Ermənistan” yaradacaqdı.
Erməninin sayıqlamasına cavab olaraq başqa bir erməni, Ermənistan parlamentinin deputatı Artsvik Minasyan Baş Prokurorluğa müraciət edərək bu bəyanata qiymət verilməsini tələb edərək, Müdafiə Nazirliyinin keçmiş nümayəndəsinin nəinki tarixi faktları təhrif etdiyini, həm də əslində nasist ideologiyasına haqq qazandırdığını vurğulayıb..?
Əli Babayev