…Bunu 1600-dən çox insanın iştirak etdiyi sosial sorğunun nəticələri sübut edir. Məlum olub ki, münasibətdə olan respondentlərin yalnız yarısı rəsmi nikahda olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Russian Field” şirkəti ruslar arasında sosial sorğu keçirib və məlum olub ki, ər-arvad olan vətəndaşların 34 faizi münasibətlərini qeydiyyat şöbəsində rəsmi qeydiyyata almağı vacib hesab etmir.
Qeyd olunur ki, hər 10 belə vətəndaşdan 9-u qarşıdakı ildə uşaq sahibi olmağı planlaşdırmır.
Ümumilikdə sorğuda 1600-dən bir qədər çox insan iştirak edib. Sorğunun nəticələrini alan “Kommersant” nəşri də respondentlərin yalnız 52 faizinin nikahını qeydə aldığını bildirib.
15 faiz romantik münasibətlərini rəsmiləşdirməyib, digər üçdə birinin isə ortağı yoxdur.
Qadınlar kişilərə nisbətən münasibətləri qeyri-rəsmi saxlamağa üstünlük verirlər.
…Və xəbər verildiyi kimi, Rusiya hakimiyyəti gənc analar üçün kollec təhsilini pulsuz etmək istəyir.
…Və bir də təxminən 20 ildən sonra Rusiyanın növbəti böyük demoqrafik boşluğa düşəcəyi iddia edilir.
Nazlı Almuradova