“Azərbaycanda əsrlər boyu milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşadan klassik ailə institutu mövcud olmuşdur. Tarixin bütün mərhələlərində ailələrimizdə qarşılıqlı hörmət, anlaşma və sevgi əsas təməl prinsiplər kimi qorunub saxlanılmışdır. Ailə təkcə sosial bir vahid deyil, həm də cəmiyyətin əsas dayağı, milli kimliyimizin formalaşmasında mühüm rol oynayan institutdur”. Bu sözləri SİA-ya açıqlamasında “YENİ HƏYAT” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova deyib.
Onun sözlərinə görə, Azərbaycanda əsrlər boyu milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşadan klassik ailə institutu mövcud olmuşdur: “Tarixin bütün mərhələlərində ailələrimizdə qarşılıqlı hörmət, anlaşma və sevgi əsas təməl prinsiplər kimi qorunub saxlanılmışdır. Ailə təkcə sosial bir vahid deyil, həm də cəmiyyətin əsas dayağı, milli kimliyimizin formalaşmasında mühüm rol oynayan institutdur. Lakin müasir dövrün gətirdiyi yeniliklər, texnoloji inkişaflar və qloballaşmanın təsiri ailə modelində də müəyyən dəyişikliklərə səbəb olmuşdur. Bu dəyişikliklər həyatımıza “müasir ailə modeli” anlayışını gətirmişdir. Yeni texnologiyaların, xüsusilə sosial şəbəkələrin ailə üzvlərinin münasibətlərinə təsiri danılmazdır. Təəssüf ki, bu təsir çox zaman mənfi istiqamətdə özünü göstərir.
Ailə üzvləri arasında birbaşa ünsiyyətin azalması, diqqətsizlik, paylaşmama və birgə vaxt keçirməyə laqeyd yanaşma kimi hallar ailə münasibətlərində soyumağa və qopmalara səbəb olur. Nəticədə, qarşılıqlı anlayış zəifləyir, ailədaxili münasibətlərdə gərginliklər və problemlər meydana çıxır”.
N.İsmayılova bildirir ki, bütün bunlar ailənin sağlam şəkildə fəaliyyət göstərməsi üçün zəruri olan psixoloji və mənəvi bağların zədələnməsinə gətirib çıxarır: “Odur ki, müasir cəmiyyətin çağırışları fonunda ailə dəyərlərinin qorunması, klassik ailə institutunun müsbət ənənələrinin yaşadılması və yeni şəraitə uyğun şəkildə möhkəmləndirilməsi vacib vəzifə olaraq qarşıda durur. Lakin müasir dövrün gətirdiyi yeniliklər, texnoloji inkişaflar və qloballaşmanın təsiri ailə modelində də müəyyən dəyişikliklərə səbəb olmuşdur. Bu dəyişikliklər həyatımıza “müasir ailə modeli” anlayışını gətirmişdir. Yeni texnologiyaların, xüsusilə sosial şəbəkələrin ailə üzvlərinin münasibətlərinə təsiri danılmazdır. Təəssüf ki, bu təsir çox zaman mənfi istiqamətdə özünü göstərir.
Ailə üzvləri arasında birbaşa ünsiyyətin azalması, diqqətsizlik, paylaşmama və birgə vaxt keçirməyə laqeyd yanaşma kimi hallar ailə münasibətlərində soyumağa və qopmalara səbəb olur. Nəticədə, qarşılıqlı anlayış zəifləyir, ailədaxili münasibətlərdə gərginliklər və problemlər meydana çıxır.
Bütün bunlar ailənin sağlam şəkildə fəaliyyət göstərməsi üçün zəruri olan psixoloji və mənəvi bağların zədələnməsinə gətirib çıxarır. Odur ki, müasir cəmiyyətin çağırışları fonunda ailə dəyərlərinin qorunması, klassik ailə institutunun müsbət ənənələrinin yaşadılması və yeni şəraitə uyğun şəkildə möhkəmləndirilməsi vacib vəzifə olaraq qarşıda durur”- deyə o əlavə edib.
Müəllif: Günel Fərzəliyeva