Cənub regionlarında qızğın döyüş gedir


Ukraynanın cənub bölgəsində şiddətli döyüşlər davam edir. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yararaq Donetsk, Zaporojye və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə çıxmağa cəhd edir, lakin ciddi itkilər verir.

SİA xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin telemarafon zamanı məlumat verib.

Onun sözlərinə görə, ən gərgin döyüşlər Novopavlovsk istiqamətində müşahidə olunur. Məhz bu bölgədə Rusiya ordusu hücum üçün dörd polkun xüsusi təyinatlı bölmələrini cəmləşdirib.

Rusiyalı hərbçilər manevrlər üçün fəal şəkildə motosikletlərdən istifadə edirlər, lakin Ukrayna qüvvələri həm texnikanı, həm də canlı qüvvəni məhv edir.

Bundan başqa, Rusiya dron hücumlarını da gücləndirib. Son sutka ərzində kamikadze dronlarının 600-dən çox hücumu qeydə alınıb.

Voloşinin sözlərinə görə, hücumların sayı 20 faiz artıb. Bu, Ukrayna ordusunun effektiv mübarizəsi nəticəsində Rusiya artilleriyasının ciddi şəkildə zəifləməsi və daha çox pilotsuz uçuş aparatlarına və aviasiyaya güvənməsi ilə bağlıdır.

Emil Hüseynli

Əlaqəli Xəbərlər