Kan Kimqu (Kang Kymgu) Cənubi Koreyanın Azərbaycanda yeni səfiri təyin edilib. Bu barədə SİA-ya Cənubi Koreyanın Bakıdakı diplomatik missiyasından xəbər verilib.
Bu təyinata qədər Kan Kimqu Cənubi Koreyanın Myanmadakı səfirliyində müvəqqəti işlər vəkili olub.
Kan Kimqu Koreya Respublikasının Azərbaycandakı səfiri vəzifəsində Li İn-Yonqu əvəz edəcək.