…Son üç ildə Polşada Ukraynadan olan qaçqınlara münasibət pisləşib.
SİA-nın məlumatına görə, RİA Novosti bu barədə British Times-a istinadən xəbər verir.
Varşavadakı Ukrayna Evində qaçqınlara yardımı koordinasiya edən Oksana Pestrikovanın sözlərinə görə, ukraynalılar şikayət edirlər ki, məktəblərdə və xəstəxanalarda yerli əhali onlara “evə getməyi tövsiyə edir”.
…Üç il əvvəl insanlar burada daha qonaqpərvər idilər, amma indi insanlar mənə ictimai nəqliyyatda və küçədə ukraynaca danışmaqdan çəkindiklərini deyirlər.
Bunu da Oksana Pestrikova əlavə edib.
Müxtəlif hesablamalara görə, hazırda Polşada bir milyon yarıma yaxın ukraynalı yaşayır.
…Və onların təxminən yarısının vətənə qayıtmayacağı gözlənilir.
Əli Babayev