Bakıda elektron ticarət oyunçularının iştirakı ilə sərgi təşkil olunub


Bakıda keçirilən “Poçt Liderləri Forumu” çərçivəsində elektron ticarət oyunçularının iştirakı ilə sərgi təşkil olunub.

SİA xəbər verir ki, sərgidə “Azərpoçt” özünün “Poçtamat” məhsulu ilə təmsil olunub.

Xidmətin üstünlükləri və faydaları barədə iştirakçılara ətraflı məlumat verilib. Bundan əlavə, tədbirdə keçirilən hədiyyə müsabiqəsi də iştirakçıların marağına səbəb olub.

Əlaqəli Xəbərlər