Bank “BTB” ASC maliyyə dayanıqlığını daha da gücləndirmək və strateji inkişaf planlarına uyğun olaraq kapital bazasını möhkəmlənmək məqsədilə 3 milyon manat məbləğində kapital artımını uğurla həyata keçirib. Bankın Sia-ya verdiyi məlumatına görə, Azərbaycan Respublikasının Mərkəzi Bankının 07.04.2025-ci il tarixli məktubu ilə qeydə alınmış istiqraz emissiyası tam yerləşdirilmişdir. “Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat, sayı 3 000 ədəd, ümumi həcmi 3 milyon manat olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar bazara təqdim olunmuşdur. 7 il tədavül müddətinə malik olan bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanındığından, Bank “BTB” ASC-nin II dərəcəli kapitalını artırmağa və maliyyə dayanıqlığını daha da gücləndirməyə xidmət edir. Bu uğurlu kapital artımı Bank “BTB” ASC-nin 2025-2027-ci illər üçün inkişaf strategiyasına uyğun olaraq dayanıqlı maliyyə göstəricilərinin qorunmasına, bazardakı mövqeyinin möhkəmləndirilməsinə və böyümə planlarının həyata keçirilməsinə imkan yaradacaqdır”,- məlumatda bildirilir.