“Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilir

Bu gün Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva,…

Daha çox

“Peyk zavodu”nun direktoru dəyişib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Peyk Zavodu” MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub. O, vaxtilə nazirliyə məxsus “Alov Zavodu”nun direktoru olub. Xatırladaq ki, “Peyk Zavodu” 1993-cü ildə Fransanın “M.U.P. İndustrie G.İ.E.” konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur.

Daha çox

Azərbaycan korrupsiyaya qarşı mübarizədə qlobal mərkəzə çevrilir

Azərbaycan Prokurorluğu beynəlxalq hüquqi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir və bu sahədə atılan ardıcıl addımlar ölkəmizin beynəlxalq hüquq məkanında nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədovun rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirilir. Qeyd edək ki, 2025-ci ilin 19–23 may tarixlərində Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa və İdarəetmə Komitəsinin Onuncu Görüşünə ev sahibliyi edəcək. Tədbirdə 92…

Daha çox

I Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hamısı hərbçidir. Sabah dəfn olunacaq itkin-şəhidlər Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər Tənzil oğlu və Ərzumanov Elşən İsaməddin oğludur. Qeyd edək ki, Y.Məmmədovun nəşinin qalıqları saat 12.00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında, M.Rüstəmov saat 14.00-da Ağcabədi şəhəri Şəhidlər xiyabanında, M.Məmmədov saat 12.00-da Şərur şəhəri Şəhidlər xiyabanında, A.Abbasov saat 15.00-da…

Daha çox

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Mayın 14-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb. İclasda həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti…

Daha çox

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,19 % artaraq 68,35 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,94 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,12 ABŞ dolları və ya 0,18 % artaraq 67,05 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Məhkəmə-Hüquq Şurasının iclasında intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılıb

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılıb. Bu barədə SİA-ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib. Bildirilib ki, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb. İclasda həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda təqaüdə…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.21% – 42,051.06 bəndədək azalıb, S&P 500 indeksi 0.10% – 5,892.58 bəndədək, Nasdaq indeksi isə 0.72% – 19,146.81 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 14-də FTSE 100 indeksi 0.21% – 8,585.01 bəndədək, Almaniyanın DAX indeksi 0.47% – 23,527.01 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.47% – 7,836.79 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.17% artaraq 1.1194 dollar təşkil edib.

Daha çox

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün İstanbuldadır

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbuldadır. SİA-nın Rusiya KİV-lərinə istinadən məlumatına görə, nümayəndə heyətini daşıyan təyyarə mayın 15-də səhər Atatürk adına hava limanına enib. Ukraynada vəziyyətin nizamlanması ilə bağlı danışıqlar üç il əvvəl görüşlərin keçirildiyi eyni məkanda baş tutacaq. Danışıqların başlanması Moskva vaxtı ilə saat 10:00-a (Bakı vaxtı ilə 11:00) planlaşdırılıb. Bildirildiyi kimi, RF nümayəndə heyətinə danışıqlarda RF prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Həmçinin nümayəndə heyətinə XİN başçısının müavini Mixail Qaluzin, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini…

Daha çox

ABŞ Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb

ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun Suriyaya qarşı daha əvvəl tətbiq etdiyi sanksiyaların ləğvi prosesinə başlayıb. SİA xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent “X” sosial şəbəkəsində məlumat verib. “Maliyyə Nazirliyi vəziyyəti sabitləşdirmək və Suriyanın sülhə doğru irəliləməsinə kömək etmək üçün sanksiyaları yumşaltmaq üçün addımlar atır”, o yazıb. ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib ki, Vaşinqton Suriyaya qarşı sanksiyaları dayandıracaq.

Daha çox