Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə…
Daha çoxDay: May 15, 2025
Antalyada görüşdülər
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına ev sahibliyi edən Antalyada ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı “X” hesabında paylaşım edib. “Atılacaq addımları ətraflı müzakirə etdik və mövqelərimizi bölüşdük”, – deyə Sibiqa bildirib. Diplomat sülh danışıqlarında iştirakına görə ABŞ-yə təşəkkürünü çatdırıb. O, Amerika ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını qeyd edib.
Daha çoxZığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Daha çoxBakıda növbəti Autizm Festivalı keçiriləcək
Mayın 17-də Bakıda Azərbaycan Autizm Assosiasiyasının “Sea Breeze”lə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi V Autizm Festivalı baş tutacaq. SİA xəbər verir ki, tədbir saat 10:00-dan 18:00-dək Nigar Rəfibəyli küçəsində yerləşən Fəvvarələr meydanında keçiriləcək. Təşkilatçıların bildirdiyinə görə, festivalın məqsədi autizmli insanların sosial inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək və cəmiyyətin autizm spektr pozuntusu (ASP) barədə məlumatlılığını artırmaqdır. Festival proqramına təntənəli açılış mərasimi, konsert, xüsusi bacarıqlı uşaqların əl işlərindən ibarət sərgi, müxtəlif yaradıcılıq və təlim sahələri üzrə tematik zonalar, reabilitasiya və təhsil müəssisələrinin layihələrinin təqdimatları daxildir. Festivalın geniş auditoriyasını dövlət qurumlarının…
Daha çoxMacarıstan Ukraynanın PUA-sını məhv etdi
Macarıstanın hava hücumundan müdafiə qüvvələri iki ölkə sərhədi yaxınlığında Ukraynaya məxsus pilotsuz təyyarəni vurub. SİA xəbər verir ki, bu barədə “Magyar Hirlap” qəzeti məlumat yayıb. Bildirilib ki, hakimiyyət orqanları cihazın Ukrayna xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat məqsədləri üçün istifadə oluna biləcəyindən şübhələnir. Pilotsuz təyyarə Macarıstanın hava məkanında radar vasitəsilə aşkarlanıb. Kəşfiyyat mənbələrinə görə, insident Ukrayna və Macarıstanın xüsusi xidmət orqanları arasında aylarla davam edən müharibənin bir hissəsidir. Belə ki, hadisə ötən həftə baş versə də, ancaq indi məlum olub. Macarıstan hökumətindən bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.
Daha çoxTrampı tənqid etdikləri üçün işdən qovuldular
ABŞ-da Kəşfiyyat üzrə Milli Şuranın sədri vəzifəsini icra edən Mayk Kollins vəzifəsindən azad edilib. SİA xəbər verir ki, bu barədə əmri ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard verib. ABŞ kəşfiyyatının yüksəkvəzifəli əməkdaşları “Fox News” telekanalına bildiriblər ki, Kollins siyasi qərəzlilikdə və Donald Tramp administrasiyasının fəaliyyətinə qəsdən zərbə vurmaqda ittiham olunub. Qabbardın, həmçinin Kollinsin müavini Mariya Lanqan-Raykhoffun da işdən azad edilməsini tapşırdığı qeyd edilib.
Daha çoxQazaxda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə siyasətinin formalaşdırılmasında Heydər Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti” adlı tədbir keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ailə dəyərlərinə həsr olunmuş ”Heydər Əliyev və ailə modeli” filmi nümayiş olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ailə siyasətinin formalaşması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətindən bəhs edib. Bildirib ki, BMT Baş…
Daha çoxLiviyada silahlı toqquşma: 6 ölü, 70 yaralı
Liviyanın paytaxtı Tripolidə növbəti dəfə silahlı toqquşmalar yaşanıb. SİA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Tripoli Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vahabın sözlərinə görə, toqquşmalar zamanı 6 nəfər ölüb, 70-i isə yaralanıb.
Daha çoxZelenski Türkiyəyə getdi
Ukrayna Prezidenti Vladimir Zelenski münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfərə gedib. SİA xəbər verir ki, o, İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Həmçinin onun Rusiya nümayəndə heyəti ilə görüşə biləcəyi də proqnozlaşdırılır. Səfərdə Zelenskini Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, prezidentin diplomatik müşaviri İqor Jovkva və artıq Türkiyədə olan xarici işlər naziri Andriy Sıbiqa müşayiət edir.
Daha çoxABŞ “G20” sammitində iştirak etməyəcək
ABŞ noyabrda Cənubi Afrika Respublikasında keçiriləcək “G20” sammitinə hazırlığı dayandırıb. SİA xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildirir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası ABŞ agentliklərinə və departamentlərinə bu il Cənubi Afrikanın ev sahibliyi etməsi planlaşdırılan “G20” konfransı ilə bağlı işləri dayandırmaq əmri verib. Qeyd edilib ki, uzun idarələrarası koordinasiya və hazırlıq tələb edən tədbirdə iştirakın məqsədəuyğunluğu ilə bağlı əvvəllər çoxlu müzakirələr aparılıb. Bu qərar isə administrasiya daxilində qeyri-müəyyənliyi aradan qaldırıb.
Daha çox