Şəmkirdə “Cəsur Vətən oğlu” kitabının təqdimatı keçirilib

Mayın 15-də Respublika Xatirə Kitabı Redaksiyası Şəmkirdə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Babək Namazovun həyat və döyüş yolundan bəhs edən “Cəsur Vətən oğlu” kitabının təqdimatını keçirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, təqdimat mərasimində şəhidin ailə üzvləri, YAP fəalları, rayon icra hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. YAP Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Şəmkirin 331 sakini şəhidlik zirvəsinə ucalıb. O, Babək Namazovun öz cəsurluğu və qəhrəmanlığı ilə xüsusilə seçildiyini, “Azərbaycan Bayrağı” ordeni və 6 medalla təltif olunduğunu vurğulayıb.…

Daha çox

Bakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatdı

Mayın 15-i paytaxt Bakının ev sahibliyi etdiyi “Poçt Liderləri Forumu”nun sonuncu günüdür. SİA xəbər verir ki, Avropa və MDB regionundan olan 30-dan çox ölkənin 150-dən çox yüksəksəviyyəli nümayəndəsinin – milli poçt xidmətlərinin, texnologiya və e-ticarət şirkətlərinin təmsilçilərinin və ekspertlərin iştirakı ilə forumun üçüncü günündə qlobal tendensiyalara və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyası mövzularında müzakirələr aparılıb. MDB ölkələri üzrə Regional Rabitə Birliyinin baş direktoru Aleksey Borodin belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı öz fikirlərini bölüşüb: “Azərpoçt” həmişə regionun ən qabaqcıl və inkişaf etmiş müəssisələrindən biri olub. Biz…

Daha çox

Çinin ölkəmizdə yeni təyin edilmiş səfiri Milli Məclisdə olub

Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, S.Qafarova Azərbaycanın və Çinin bütün sahələrdə aktiv qarşılıqlı fəaliyyət göstərdiyini, siyasi sahə ilə yanaşı, digər sahələrdə də uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib. O, bu gün ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək inkişaf mərhələsinə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyevin Çinə dövlət səfərinin əhəmiyyəti qeyd edilərək, iki…

Daha çox

İmkanınız varsa, Siz də dəniz yosunu alıb yeyin!..

40 qram dəniz yosunu gündəlik yoda olan tələbatı ehtiva edir… …Laminariya və ya laminariya dənizdə bitən yosun növüdür. Yediyimiz adi kələm kimi deyil. Yaponiyada çox sağlam olduğu üçün çox məşhurdur. SİA-nın məlumatına görə, bu barədə mütəxxəsis danışıb. Deməli, o, qeyd edib ki, dəniz yosunlarının tərkibində çoxlu müxtəlif faydalı maddələr var: yod, kalium, natrium, kükürd, mis, maqnezium, dəmir, fosfor… Dəniz yosunu həmçinin bir çox vitaminləri ehtiva edir: A, B (B1, B2, B12), C, D və E. Sadalananlar dəniz yosununun tərkibində adi kələm və ya digər tərəvəzlərdən…

Daha çox

Bakıda elektron ticarət oyunçularının iştirakı ilə sərgi təşkil olunub

Bakıda keçirilən “Poçt Liderləri Forumu” çərçivəsində elektron ticarət oyunçularının iştirakı ilə sərgi təşkil olunub. SİA xəbər verir ki, sərgidə “Azərpoçt” özünün “Poçtamat” məhsulu ilə təmsil olunub. Xidmətin üstünlükləri və faydaları barədə iştirakçılara ətraflı məlumat verilib. Bundan əlavə, tədbirdə keçirilən hədiyyə müsabiqəsi də iştirakçıların marağına səbəb olub.

Daha çox

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox

Axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb. SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla X.Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən olunub. Onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə,…

Daha çox

Azərbaycanın çoxvektorlu xarici siyasəti: Regional gücdən qlobal aktora

Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və enerji təhlükəsizliyi ilə bağlı qlobal narahatlıqlar beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Belə bir mürəkkəb, çoxqütblü mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu həm regional sabitliyin təmin olunmasında, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin praqmatik düşüncəyə və milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycanı beynəlxalq…

Daha çox

Ərdoğan Zelenski ilə danışıqların təfərrüatlarını açıqlayıb…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə silahlı münaqişənin “ədalətli sülh”lə həlli istiqamətində addımları müzakirə etdiyini bildirib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. …Mən Zelenskini və onun nümayəndə heyətini prezident sarayında qəbul etdim. Biz Ukraynadakı münaqişəyə ədalətli sülh yolu ilə son qoymaq səylərini müzakirə etdik. Bunu Türkiyənin dövlət başçısı bildirib. Bundan əvvəl məlum olmuşdu ki, Ərdoğanın Zelenski ilə Ankarada görüşü 3 saata yaxın davam edib. Bildirilir ki, Türkiyə tərəfdən dövlət başçılarının görüşündə müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Xidmətinin rəhbəri…

Daha çox

Odessa şəhərində “Azərbaycan” parkı salınacaq

Ukraynanın Odessa şəhərində “Azərbaycan” parkının salınması üçün ilkin razılıq əldə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Odessa şəhərinin meri Qennadi Truxanov sosial media səhifəsində məlumat verib. “Odessanın yaxşı ənənəsi var – dostlarımızın yaratdığı parklar. “İstanbul” və “Yunan” parkı, indi onlara “Azərbaycan” parkı da qoşulacaq”, – deyə Truxanov əlavə edib. Merin sözlərinə görə, Azərbaycanın diaspor nümayəndələri ilə görüşündə parkın salınması detalları müzakirə edilib. 2013-cü ildən nəzərdə tutulan parkın yaradılmasının maliyyəsini tam olaraq Azərbaycan diasporu öz üzərinə götürüb. Merlə görüşdə iştirak edən “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz…

Daha çox