“Sonda məlum oldu ki, Putin getmir”

“XXI əsrdə dünyanın ən dəhşətli müharibələrindən biri başladı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Onun sözlərinə görə, müstəqil, suveren Ukrayna Rusiyanın təcavüzünə məruz qaldı və üç ildən artıqdır ki, Rusiya Ukraynanı işğal etmək üçün ədalətsiz müharibə başladıb: “Dünyanın ədalətli, mütərəqqi dövlətləri və Rusiyanı istəməyən dövlətlər birləşsələr də, lakin bu birlik Ukraynanı bu dəhşətli müharibədən qurtarmağa imkan vermir. Uzun müharibədən sonra həm Rusiya, həm də Ukrayna minlərlə insan itirib. Ukraynanın yüzlərlə şəhəri, kəndi yerlə-yeksan edilib. Bu mənada, təbii ki, Ukraynanın itkiləri daha çoxdur. Rusiyanın imkanları daha genişdir.…

Daha çox

Zelenski Putinə Türkiyədən “çox aydın” mesaj göndərib

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfərinin artıq Rusiya lideri Vladimir Putinə mesaj olduğunu deyib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sky News xəbər verir. Jurnalistlər Zelenskidən Putinə mesajının olub-olmadığını soruşublar. Buna Ukrayna prezidenti belə cavab verib: “Mən buradayam. Məncə, bu, çox aydın mesajdır”. Əli Babayev

Daha çox

Gədəbəydə könüllü qanvermə aksiyası keçirilib

Gədəbəydə könüllü qanvermə aksiyası təşkil edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, aksiya rayon icra hakimiyyətinin və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında reallaşıb. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. 60 nəfər rayon sakinindən tədarük olunan qan hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə ediləcək.

Daha çox

Ekoloji sahədə hansı beynəlxalq əməkdaşlıqlarımız mövcuddur?

“İqlim dəyişikliyi ilə bağlı Azərbaycan Respublikası, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi, Konvensiyanın Katibliyi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə həyata keçirilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Qlobal İqlim Fondu, Qlobal Ekoloji Fondu və digər nüfuzlu beynəlxalq təşkilatlarla birgə müxtəlif layihələr reallaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında ETSN yanında ictimai şuranın sədri Amin Məmmədov deyib. Onun sözlərinə görə, bu layihələrin əsas məqsədi iqlim dəyişikliyinin ətraf mühitə təsirinin azaldılması, bu təsirlərin öyrənilməsi və gələcəkdə baş verə biləcək ekoloji fəsadların qarşısının alınmasıdır: “Sözügedən layihələr çərçivəsində…

Daha çox

İstanbulda Rusiya-Ukrayna görüşü BAŞLADI

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətə Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq…

Daha çox

Qadın qisas almaq üçün ərinin itinin ayağını kəsməyə çalışıb…

Yunanıstanda qadın qisas almaq üçün ərinin itini şikəst edib və…hətta polis əməkdaşlarına da hücum edib. SİA xəbər verir ki, bu barədə Yunanıstan CNN telekanalı məlumat yayıb. Saloniki qadını heyvanlara qarşı amansızlıq, polis əməkdaşlarına qarşı zorakılıq, bədən xəsarəti yetirmək və təhqir etmək ittihamı ilə məhkəmə qarşısına çıxıb. 43 yaşlı qadının əri işdə zərərçəkmiş kimi tanınıb. O, özü evə qayıdanda manqurtlaşmış və qanlı iti aşkar edib və dərhal başa düşüb ki, ona “narahat mesajlar” yazan onun həyat yoldaşıdır. Kişi ifadəsində cütlüyün münasibətlərini xüsusilə son vaxtlar baş verən münaqişələrə görə problemli adlandırıb. Göründüyü…

Daha çox

AMB “Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncamlar verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya” ASC-lərə icrası məcburi sərəncamlar verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, banklar “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbini pozub. Odur ki, “Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq kredit təşkilatlarına müvafiq pozuntu hallarının gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncamlar verilib.

Daha çox

İşğaldan azad edilmiş ərazilərə bu qədər adam qayıdıb

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Qarabağ və Şərqi Zəngəzura köçənlərlə bağlı yeni statistika açıqlanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı əsasında hazırkanmış statistika görə, 1 may 2025-ci il tarixinədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 13745 nəfərdən ibarət 3464 ailənin qayıdışı təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan…

Daha çox

Azərbaycanda neçə şəhid ailəsi var?

2025-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda şəhid ailələrinin üzvü olan 18 235 nəfərə Prezident təqaüdü təyin olunub. Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 384,44 manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 2025-ci il aprel ayının 1-nə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları üçün təyin edilən Prezident təqaüdünü alanların sayı 180 nəfər olub (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 966 manat). “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış…

Daha çox

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq məhsul satılıb

Cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artıb. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 449,8 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə…

Daha çox