Sahibə Qafarova Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğu qeyd olunaraq, ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb. Yüksək səviyyəli, o cümlədən dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin daha da genişlənməsində vacib rolu xüsusi vurğulanıb. Söhbət zamanı…

Daha çox

Azərbaycanda uşaqlarla bağlı texniki reqlament layihələri hazırlanıb

“Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair texniki reqlament” və “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” layihələri ictimai müzakirəyə təqdim olunub. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hər iki layihə ilə bağlı ictimai müzakirə prosesi başa çatdıqdan sonra sənədlər təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Məqsəd uşaqların istifadə etdiyi məhsulların və oyun avadanlıqlarının təhlükəsizlik standartlarının artırılması və istehlakçıların hüquqlarının qorunmasıdır.

Daha çox

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 13 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 milyon 946 min ton təşkil edib. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsini bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 332,8 min ton və yaxud 12,7 % çoxdur. Məlumata əsasən, yüklərin 48,5 %-ni neft yükləri olub. Dəniz limanları 4 milyon 543,1 min ton həcmində (+3,1) yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 3 milyon 797,9 min tonunu (+7,3 %) və yaxud 83,6 %-ni tranzit yüklər təşkil edib. Mayın 1-nə limanlarda qalan yüklərin həcmi 193,1 min ton olub.…

Daha çox

1984 Bugün Yazılsaydı: Orwell’in Dünyası 21-ci Əsrdə

“Gələcəyin bir rəmzi olacaqsa, bu, insan üzünü əzən bir çəkmənin sonsuz təzyiqidir.” — George Orwell, 1984 Biz XXI əsrdə yaşayırıq. Süni intellektlər bizə “salam” deyir, ekranlar bizim nə istədiyimizi bizdən əvvəl bilir, gündəlik həyatımız milyonlarla kameranın gözü qarşısındadır. Amma bəlkə də Orwell bizi daha əvvəldən xəbərdar etmişdi. Sadəcə biz roman kimi oxuduq, xəbərdarlıq kimi yox. 1984, bir distopik gələcəyin hekayəsi, “hələ gəlməmiş indiki zaman” idi. Kitabda yazılan “Böyük Qardaş səni izləyir” şüarı indi telefonlarımızın mikrofonunda, smart televizorların kamerasında, sosial media algoritmlərində yaşamaqdadır. Hər baxış, hər klik, hər paylaşım bir izləmədir.…

Daha çox

MÜSİAD Azərbaycan Əməkdaşlıq Memorandumu imzaladı

Bakı Ekspo Mərkəzində MÜSİAD Azərbaycan İctimai Birliyi ilə “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, Memorandumun əsas məqsədi MÜSİAD Azərbaycan üzvlərinin yerli və beynəlxalq sərgilərdə iştirakının təşviqi, sərgi və biznes tədbirləri sahəsində qarşılıqlı informasiya və məsləhət mübadiləsinin gücləndirilməsi, həmçinin iş adamları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsidir. Tərəflər bu çərçivədə qarşılıqlı təşkilati dəstək göstərməyi və ixtisaslaşmış tədbirlərdə iştirakı təşviq etməyi öhdələrinə götürüblər. Memorandumun imzalanmasından sonra MÜSİAD Azərbaycan İdarə Heyəti üzvləri 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini ziyarət ediblər. Sərgi çərçivəsində qablaşdırma…

Daha çox

“Biz tezliklə bu prosesin növbəti mərhələlərinin də şahidi olacağıq”

“Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə səfəri quruculuq, bərpa və yenidənqurma işləri baxımından çox önəmli hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərin sıfırdan bərpası, ermənilər tərəfindən yerlə-yeksan edilmiş Azərbaycan ərazilərinin yenidən qurulması və bu istiqamətdə çox nəhəng meqa layihələrin həyata keçirilməsi hər bir Azərbaycan vətəndaşının xüsusi fəxri və qürur mənbəyidir: “Bu gün azad olunmuş ərazilərdə çox sürətlə bərpa işləri həyata keçirilir. Böyük infrastruktur layihələri reallaşdırılır. Sosial layihələr,…

Daha çox

Qüvvəyə minmiş yeni qaydalara dair təqdimat keçirilib

Azərbaycan Mərkəzi Bankında (AMB) media nümayəndələri üçün banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsinin (AZIR) hesablanması və açıqlanması üzrə qüvvəyə minmiş yeni qaydalara dair təqdimat keçirilib. SİA xəbər verir ki, təqdimatda banklararası pul bazarında gedən proseslərin təhlili və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanmış yeni qaydalarının üstünlükləri diqqətə çatdırılıb. Bu qaydaların AZIR-in dərcində fasilələrin və kəskin tərəddüdlərin aradan qaldırılmasına, eləcə də onun istinad dərəcəsi kimi daha geniş istifadəsinə xidmət etdiyi vurğulanıb. Görüşdə, həmçinin media nümayəndələrinin mövzu ətrafında sualları cavablandırılıb. Yeni…

Daha çox

“Ağdam Azərbaycanın qədim və mədəniyyətə zəngin bölgələrindən biridir”

“Cənab Prezidentimizin işğaldan azad olunmuş bölgələrə mütəmadi səfərləri Azərbaycanın suverenliyini addım-addım və qətiyyətlə möhkəmləndirdiyinin aydın sübutudur. Bu səfərlər təkcə ərazi bütövlüyümüzün bərpasını deyil, eyni zamanda həmin ərazilərdə həyatın yüksək səviyyədə yenidən qurulduğunu nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, cənab Prezident bir daha göstərir ki, biz yalnız torpaqlarımızı geri qaytarmadıq, bu torpaqlarda insanların ləyaqətli yaşayışını təmin edirik. Qayıdan sakinlər mənzillərlə təmin olunur, onların sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılır, məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır. Otuz il davam edən erməni işğalı nəticəsində…

Daha çox