“İnsanın gözünü açdığı ilk mühit ailə olduğu üçün travmaların müəyyən qismi valideynlərlə əlaqələndirilir”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. Onun sözlərinə görə, ailə varsa, travmalar ola bilər: “Mütləq deyil ki, valideyn bilərəkdən uşağa travma versin, bu onun istəyindən, niyyətindən asılı olmayaraq da baş verə bilər. Bəzən travma dedikdə fiziki şiddət kimi başa düşülür. Lakin uşaqlıq travmaları hansısa sözlə də bağlı ola bilər. Bəs sual yaranır ki, travmalar yalnız valideynlərimizdən bizə ötürülür? Xeyr, sosial amillərdən, ətrafımızda baş verən hansısa hadisələrdən də təsirlənib travma ala bilərik.…
Daha çoxDay: May 15, 2025
ASCO-nun “TMI-6” barjı əsaslı təmir edilib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “TMI-6” barjı əsaslı təmir edilib. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib. Təmir zamanı üzən vasitə tərsanəyə qaldırılıb, gövdənin sualtı və suüstü hissəsində, barjın daxili bölmələrində və göyərtəsində zədələnmiş sahələr dəyişdirilib. Həmçinin gövdənin qorunması üçün metal qoruyucu tirlər, eləcə də dib-yan armaturları və lövbər zəncirləri təmir edilib, sualtı və suüstü hissə obraziv qumla təmizlənərək rənglənib. “TMI-6″nın lövbər bucurqadının elektrik mühərrikləri və idarəetmə sistemləri sazlanıb, baş göyərtə, ballast və…
Daha çox“Türkiyə regionumuzda sülh və sabitliyin qarantına çevriləcəkdir”
“Bu günlərdə Türkiyədən gələn xoş xəbər – PKK terror qruplaşmasının özünü ləğv etməsi qardaş ölkənin özündə olduğu kimi, ölkəmizdə də böyük sevinc hissi ilə qarşılanıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib: “Qardaş Türkiyənin uzun illər ərzində əziyyət çəkdiyi terrorizm respublikamız üçün də olduqca həssas məsələdir. Azərbaycanın da terrordan əziyyət çəkən ölkələr sırasında yer aldığı hər kəsə məlumdur. Azərbaycan terrordan əziyyət çəkən ölkə olaraq bu dəhşətli bəlaya qarşı qlobal mübarizə tədbirlərində…
Daha çox“Ailə həyatı yalnız sevgi deyil, məsuliyyətdir”
“Ailə qurmaq hər bir insanın həyatında ən önəmli və məsuliyyətli qərarlardan biridir. Bu qərarı vermək üçün yalnız yaşın çatması kifayət etmir, eyni zamanda insanın həyat təcrübəsi, psixoloji hazırlığı və sosial yetkinliyi də vacib rol oynayır”. Bunu SİA-ya açıqlamasında araşdırmaçı sosioloq Məhbubə Mehdiyeva deyib. Onun sözlərinə görə, evlilik üçün ən uyğun yaş tək bir rəqəmlə müəyyən edilə bilməz: “Çünki bu, fərdin həyat təcrübəsinə, şəxsiyyətinə və prioritetlərinə görə dəyişə bilər. Ancaq psixoloqların ümumi rəyinə əsasən, qadınlarda 22–28, kişilərdə isə 25–32 yaş aralığı daha münasib hesab olunur. Bu yaşlarda insan artıq özünü tanımağa…
Daha çoxADA Universiteti və “Bayraktar Texnoloji Azərbaycan” Memorandum imzalayıblar
ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” MMC arasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb. SİA-nın məlumatına görə, mayın 15-i keçirilən imzalama mərasimində sənədi ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev və “Bayraktar Texnoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar. Sənədə əsasən tərəflər çoxşaxəli akademik fəaliyyətlər üzrə əməkdaşlıq edəcəklər. Hər iki qurum tədris prosesinin təkmilləşdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi, ortaq kursların hazırlanması, tələbə və müəllimlər üçün təlimlərin icrası da daxil olmaqla qarşılıqlı maraqdan irəli gələn bir sıra istiqamətlər üzrə tərəfdaşlıq edəcəklər. Həmçinin Memorandum çərçivəsində birgə tədqiqat…
Daha çoxXarici vəndaşlara 3 milyon manata yaxın ƏDV geri qaytarıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 2 milyon 922,3 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.
Daha çoxMakron qorxur, həm də qorxudur
“Biz üçüncü dünya müharibəsinə başlamaq istəmirik” Emmanuel Makron TF1-də “Fransa qarşısında duran çağırışlar” adlı proqramda iştirak edərək üç saat ərzində jurnalistlərin, siyasətçilərin və blogerlərin suallarını cavablandırıb. Söhbət hər zaman manşetlərdə olan bir mövzu ilə başlayıb: Ukraynadakı müharibə və mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün zirvə görüşü. Emmanuel Makron Yaxın Şərqə səfər edən ABŞ lideri Donald Trampın da onlara qoşula biləcəyini xatırladıb. Prezident Vladimir Putinin gəlişi və ya olmaması barədə məlumatı olmadığını deyib, lakin Avropa ölkələrinin ümumi məqsədini xatırladıb: “Ərazilər və təhlükəsizlik təminatları…
Daha çoxToylarda olan israfçılığın qarşısını necə almaq olar?
“Azərbaycan milli toyları yalnız şənlik, mərasim deyil, eyni zamanda çox böyük bir kreativ biznesin çox böyük bir hissəsini təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, bu mərasimlər müxtəlif sahələrdən tutmuş musiqiçilər, video-foto xidmətləri, avtomobil icarəsi, qida təchizatı, geyim, saç düzümü və kosmetika xidmətlərinə qədər, minlərlə insanın və biznesin dolanışıq mənbəyinə çevrilmişdir: “Lakin bu sistemin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Son illərdə toyların şan-şöhrət yarışına çevrilməsi nəticəsində çox sayda ailə maddi çətinliklərə düşür. Bəzi valideynlər uşaqlarının toyunu “kralvari” keçirmək üçün kredit götürür,…
Daha çoxBüdcədən 100 milyon manata yaxın vəsait geri qaytarılıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 98 milyon 4,5 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. O cümlədən, 4 ay ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsaitin məbləği 23 milyon 847,6 min manat təşkil edib.
Daha çoxİlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov videobağlantı formatında qərargahların məruzələrini dinləyib. Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb. Qeyd olunub ki, real döyüş şəraitində müasir döyüş təcrübəsinə uyğun keçirilən komanda-qərargah məşqinin məqsədi bölmələrin manevr imkanlarını nəzərə almaqla hərbi qərar qəbuletmə prosesinin daha da təkmilləşdirilməsi, eləcə də müdafiə və əks-hücum əməliyyatlarının aparılması məsələlərinin məşq etdirilməsidir.
Daha çox