Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 26 milyard 277,6 milyon manat təşkil edib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,4 % artaraq 2 568 manata çatıb.
Daha çoxDay: May 15, 2025
“Zibil qutularının azlığı vəzifəli şəxslərin öhdəliyini yaradır”
“Bir az yaradıcı yanaşıb zibil atmaq məsələsinə ancaq vətəndaşın səhvi baxımından baxmaq lazım deyil”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Səbuhi Axundov deyib. O bildirib ki, tullantılar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulur ki, iri şəhərlərdə, rayonlarda inzibati mərkəzlərdə zibil qabları arasında məsafə 100 metrdən çox olmamalıdır: “Biz bunu yalnız mərkəzdə görmüşük. Şəhərin ən böyük küçələrindən biri Həsən Əliyev küçəsidir. Bu küçədə 500 metrdən bir zibil qabı ancaq görə bilərsiniz. Zibil qutuları çox azdır. Ona görə də, vətəndaşın zibili yerə tullamasına bəraət qazandırmamaqla yanaşı zibil qutularının azlığı da konkret olaraq vəzifəli…
Daha çoxAzərbaycan mayda ITF-də sədrliyi qəbul edəcək
May ayının üçüncü ongünlüyündə Azərbaycan ilk dəfə olaraq 2025-2026-cı illərdə Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrlik edəcək. SİA ITF-ə istinadən xəbər verir ki, ölkənin prezidentliyinə namizədliyi hələ 2022-ci ildə təşkilata müraciət əsasında qeydə alınıb. Müəyyən edilmiş prosedura uyğun olaraq Azərbaycan 2023-2024-cü illərdə forumun vitse-prezidenti vəzifəsini tutub, hazırda isə 2024-2025-ci illər üçün birinci vitse-prezident vəzifəsini icra edir. Hazırda forumun sədri Çilidir. Beynəlxalq Nəqliyyat Forumu 69 üzv ölkəni birləşdirir. Azərbaycan 1998-ci ildən onun tam hüquqlu iştirakçısıdır.
Daha çoxMilli Məclisin deputatı Rumıniyada prezident seçkilərini müşahidə edəcək
Milli Məclisin deputatı Azay Quliyev mayın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, deputat ATƏT PA xətti ilə mayın 18-də Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək. Deputat bir sıra seçki məntəqələrində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini müşahidə edəcək. Səfər mayın 19-da başa çatacaq.
Daha çoxDGK sədri Yardımlıda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib. SİA DGK-ya istinadən xəbər verir ki, vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Daha çox“İçməli suyun yaşıllaşdırmaya, avtoyumaya verilməsi doğru deyil”
“Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə qarşıya qoyulan prioritetlərdən biri də şirin su ehtiyatlarına qənaət edilməsi, su resurslarının səmərəli idarəciliyinin tətbiqidir. 2020-23-cü illərdə işğalda olan Qarabağ torpaqlarının azad olunması ilə şirin su ehtiyatlarımızın həcmi artıb. Sərsəng, Xaçınçay, Suqovuşan kimi su anbarları anbarları artıq ölkəmizin nəzarətindədir”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, son zamanlar əsas şirin su ehtiyatımız olan Kürdə suyun səviyyəsi artıb: “Təbii ki, bu, mövsümi prosesdir. Dağlarda qarlın əriməsi və yağıntıların miqdarının artması çaylarda sululuğu artırıb. Azərbaycan Cənubi…
Daha çoxQarabağ Universitetində Həmkarlar İttifaqı təşkilatı təsis olundu
Mayın 14 -də azad edilmiş torpaqlarda həyata keçirilən strateji layihələr arasında Qarabağ Universitetinin yaradılması xüsusi önəm daşıyır. Bu ali təhsil müəssisəsi yalnız elmin və biliklərin mərkəzi deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin simvolik davamıdır. Elm, təhsil və milli ruhun vəhdətini özündə birləşdirən Qarabağ Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatı təsis olunub və bu münasibətlə universitetdə tədbir keçirilib. Tədbirdə Qarabağ Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) rəsmiləri və media nümayəndələri iştirak ediblər. Qarabağ Universitetinin…
Daha çoxXarici ölkələrdən idxal olunan ətə tələbat artıb?
“Müsbət və mənfi tərəfləri ondan ibarətdir ki, ölkədə ətə olan tələbatın ödənilməsi daha səmərəli şəkildə həyata keçiriləcəkdir. Çünki Azərbaycanın daxilində ətə olan tələbat yüksəkdir. Lakin bu tələbatı ödəyəcək qədər təklif mövcud deyil”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Digər tərəfdən, bu tendensiyanın mənfi cəhəti ondan ibarətdir ki, ölkə idxaldan asılı vəziyyətə düşür və bu asılılıq yerli istehsalın zəifləməsinə gətirib çıxarır. Əgər əvvəllər əhalinin ətə olan tələbatının 40-50 faizi yerli istehsal hesabına ödənilirdisə, idxalın artması yerli istehsalın azalmasına şərait yaradacaq. Ölkə daxilində…
Daha çox“Milli Şura” pul qarşılığında “siyasi məhbus” siyahıları hazırlayır
Sübuta yetirilir ki, istər daxildəki dağıdıcı məxluqlar, istərsə də ki, xaricdəki antimilli ünsürlər, eləcə də ermənipərəst dairələr Azərbaycana qarşı daha çox “siyasi məhbus” termini ilə öz ağılları ilə təzyiq etməyi düşünürlər. Bir-birini təkzib edən, bir-birinin ziddinə olan siyahılardan görünür ki, oğurluqla, cibgirliklə, qaçaqmalçılıqla, məşğul olan, avtoxuliqanlıq etməklə cəmiyyətə hörmətsizlik göstərən, vergi cinayətləri törədən və digər əməllərə görə həbs olunanları dağıdıcı müxalifət “siyasi məhbus” olaraq təqdim etməyə çalışır. Daha doğrusu, ironiya ilə qarşılanan “siyahılar” xarici ağalarına təqdim edirlər. Ağaları da müəyyən hesabatlar hazırlayır və özlərinə yaxın təxribat maşını funksiyasını yerinə yetirən…
Daha çoxBank “BTB” ASC 3 milyon manat məbləğində kapital artımını uğurla tamamlayıb
Bank “BTB” ASC maliyyə dayanıqlığını daha da gücləndirmək və strateji inkişaf planlarına uyğun olaraq kapital bazasını möhkəmlənmək məqsədilə 3 milyon manat məbləğində kapital artımını uğurla həyata keçirib. Bankın Sia-ya verdiyi məlumatına görə, Azərbaycan Respublikasının Mərkəzi Bankının 07.04.2025-ci il tarixli məktubu ilə qeydə alınmış istiqraz emissiyası tam yerləşdirilmişdir. “Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat, sayı 3 000 ədəd, ümumi həcmi 3 milyon manat olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar bazara təqdim olunmuşdur. 7 il tədavül müddətinə malik olan bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanındığından, Bank…
Daha çox