Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb

Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.05.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 13 min 745 nəfərdən ibarət 3 min 464 ailənin qayıdışı təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin…

Daha çox

Mikayıl Cabbarov EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Tədbirdə qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr qeyd edildi”, – nazir vurğulayıb.

Daha çox

Pakistanın Baş naziri diplomatik dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. SİA-nın məlumatına görə, Pakistanın Baş naziri Azərbaycan Prezidentinə Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib. Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib. İlham ƏIiyev regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.…

Daha çox

AMB 1D AZİR indeksindəki dəyişikliyin depozit faizlərinə təsirini açıqlayıb

AZİR indeksinin 1 faiz bəndi dəyişməsi fiziki şəxslər üzrə depozit faizlərinə 0,14-0,27 faiz bəndi təsir edir. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin müavini Elçin Güləliyev bildirib. “2023-cü ilin noyabrından 1D AZİR indeksi faiz dəhlizi daxilində formalaşır ki, bu da pul siyasətinin ötürücülüyündə faiz kanalının işləməyə başladığını göstərir”,- deyə o qeyd edib. AMB rəsmisinin sözlərinə görə, ötən 2 ilin təcrübəsi və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ekspertləri ilə sız əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydaları…

Daha çox

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Cari ilin aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,0 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən,…

Daha çox

Azərbaycan IOSCO-nun 50-ci illik toplantısında təmsil olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (International Organization of Securities Commissions – IOSCO) Qətərin paytaxtı Dohada keçirilmiş 50-ci İllik Toplantısında iştirak edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumunun (QFMA) rəhbəri Tami Bin Əhməd əl-Binali ilə görüşüb. Tərəflər hər iki qurumun kapital bazarları üzrə inkişaf strategiyası, IOSCO çərçivəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıb.

Daha çox

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə Başlıbel əhalisinin məhvi ilə bağlı şahidlər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini…

Daha çox

Azərbaycan IOTA-nın İcraiyyə Şurasının 153-cü iclasında təmsil olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının Estoniyanın paytaxtı Tallində keçirilmiş 153-cü iclasında iştirak edib. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurumun rəisi, IOTA prezidenti Orxan Nəzərli iclasda çıxış edib. O, qeyd edib ki, İcraiyyə Şurası təşkilatın strateji məqsədlərinə nail olmaq üçün böyük səylə çalışır. Şuranın iclasında mühüm məsələlərin müzakirə olunduğunu vurğulayan O.Nəzərli qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyəti üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. İclasda IOTA-nın gördüyü tədbirlər və Təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təşəbbüslər barədə məlumat verilib.…

Daha çox

Azərbaycanda xüsusi müsadirə edilmiş əmlaklar hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 13-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 8 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 1 mobil telefon, 1 qeyri-yaşayış sahəsi, 4 torpaq sahəsi, 1 bağ evi və 1 fərdi yaşayış evidir. Əmlakların start qiyməti 120 – 80 000 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir. Sifarişlər iyunun 10-na qədər qəbul olunacaq.

Daha çox