Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovun meyitinin qalıqları Ağcabədi rayonuna gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Ağcabədidə ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü il fevralın 15-Ağcabədi şəhərində anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.
M.Rüstəmov Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.