Danışıqların məqsədi uzunmüddətli sülhün bərqərar olmasıdır


Rusiyanın rəsmi nümayəndə heyəti Prezidentin sərəncamı ilə təsdiq edilib və danışıqlar aparmaq üçün bütün lazımi kompetensiyalara və səlahiyyətlərə malikdir. SİA xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulda jurnalistlərə bildirib.

Medinski vurğulayıb ki, Rusiya İstanbulda mövcud təmasları 2022-ci ildə kəsilmiş sülh prosesinin davamı kimi qiymətləndirir: “Nümayəndə heyəti konstruktiv yanaşmaya sadiqdir, mümkün həll yollarını və təmas nöqtələrini axtarmaq niyyətindədir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Ukrayna tərəfi ilə birbaşa danışıqların məqsədi “münaqişənin əsas səbəblərini aradan qaldıraraq gec-tez uzunmüddətli sülhün bərqərar olmasına nail olmaqdır”.

Əlaqəli Xəbərlər