Belarus dörd Somalili tələbəni ölkədən çıxarır…

Onlar Belarusdan tranzit məntəqə kimi istifadə etmək istəyirmişlər… …Belarusda, Polotsk Dövlət Meşə Təsərrüfatı Kollecində iclas keçirilib, orada dörd Somali vətəndaşının Belarusdan deportasiya edilməsi məsələsinə baxılıb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Vitebsk Vilayət İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi məlumat yayıb. Qeyd olunur ki, əcnəbilər ölkəyə qanuni yolla gəliblər – bu ilin martında onlara təhsilləri ilə əlaqədar müvəqqəti yaşamaq icazəsi verilib. Lakin məlum olub ki, onların qalma məqsədi təkcə təhsil almaq deyilmiş. Belə ki, Polotsk Rayon Daxili İşlər İdarəsinin Vətəndaşlıq və Miqrasiya…

Daha çox

Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir

Ayxan Hacızadə Ermənistanın Baş nazirinin İctimai Televiziyaya müsahibəsi zamanı iddialarına cavab verib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 15 may tarixində Ermənistan Baş naziri Albaniyada Azərbaycan İctimai Televiziyasına verdiyi müsahibədə Ermənistan konstitusiyasında mövcud ərazi iddiaları, habelə Minsk Qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib. Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır. Bunu sübut etmək üçün, Ermənistanın Almatı bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq…

Daha çox

COVID-19-un yeni dalğası Asiyada yayılıb…

Bloomberg-in verdiyi məlumata görə, Asiya regionunda COVID-19 hallarında artım müşahidə olunur. Çinin xüsusi inzibati bölgəsi olan Honq-Konqda və Sinqapurda koronavirusa yeni yoluxma hallarında xüsusilə nəzərəçarpacaq artım qeydə alınıb. Agentlik, bir neçə ay ərzində bölgədə yoluxma hallarının davamlı olaraq artdığını və vaxtaşırı pandemiyanın yeni dalğalarının yaranmasına səbəb olduğunu bildirir. SİA-nın məlumatına görə, Honq-Konq və Sinqapurun səlahiyyətliləri peyvənd kampaniyalarını gücləndirərək, ictimaiyyəti, xüsusən də risk altında olanları təkrar peyvənd almağa çağırıb. May ayının ortalarında Honq-Konqun Sağlamlığın Mühafizəsi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin müdiri Ou Ciaronq televiziyada COVID-19 yayılmasının “səviyyəsi” barədə xəbərdarlıq etdi. O, qeyd…

Daha çox

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

Mayın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində təşkil olunmuş MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 56-cı iclasında iştirak edib. SİA-nın məlumatına görə, DTX-nin mətbuat xidmətindən bildirilib ki, tədbirdən əvvəl Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon MDB ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib, sonra iclas öz işinə başlayıb. MDB məkanında beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa, dini ekstremizm və radikalizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin aparılmasının, habelə region ölkələrinin üzləşdiyi xarici təhdidlərin vaxtında zərərsizləşdirilməsi məqsədilə…

Daha çox

Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb etmək Azərbaycanın legitim hüququdur

Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb etmək Azərbaycanın legitim hüququdur. SİA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı dediyi fikirlərə şərhində deyilir. “Ermənistan Baş nazirinin problemlərin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Konstitusiyanın dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək…

Daha çox

Britaniya dünyanın ən qiymətli pivə brendinin adını açıqlayıb…

Bu marka ardıcıl ikinci il reytinqə başçılıq edir… …Londonda yerləşən Kantar analitik şirkətinin BrandZ Global 2025 hesabatına əsasən, Corona brendi ardıcıl ikinci ildir ki, dünyanın ən qiymətli pivə brendləri reytinqinə başçılıq edir. SİA-nın məlumatına görə, bu barədə “The Drinks Business” yazır. Qeyd edək ki, pivə Meksikanın Grupo Modelo şirkəti tərəfindən istehsal olunur. Corona, alkoqolsuz Corona Cero başçılıq etdiyi Meksikadan kənarda iki rəqəmli satış artımı göstərib. Hesabata görə, dünyanın ən yaxşı on pivə brendindən səkkizi AB InBev şirkətinə məxsusdur. Belə ki, Budweiser ikinci, Modelo dördüncü, Michelob…

Daha çox

Sumqayıtın məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri müəyyən edilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. O bildirib ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı “Gold Palace”, “Okean”, “Green House”, “Xəlifə”, “Qərb”, “Həyat Saray”, “Bəyaz Saray”, “Sevgi Palace” şadlıq sarayları, eləcə də “Xan”, “Ərkivan” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib: “Faktlarla bağlı sözügedən ictimai-iaşə obyektlərinin məsul şəxsləri…

Daha çox

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir. Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə…

Daha çox

İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir

Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir. SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Albaniyanın Baş naziri Edi Rama Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

Daha çox