Ukrayna nümayəndə heyəti tezliklə İstanbulda Rusiya ilə danışıqların ikinci raundunun gündəliyini təqdim edəcək. SİA-nın məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov deyib, videonu Ukraynanın “Obşçestvennoe” nəşri YouTube-da dərc edib. Ukrayna nümayəndə heyətinin rəhbəri söz verib: “Biz sizə tezliklə məlumat verəcəyik”. Umerovun sözlərinə görə, Rusiya ilə danışıqların birinci raundunda atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Onun sözlərinə görə, bu məsələlər nizamlanma prosesində prioritetdir. Bundan əvvəl Umerov Rusiya ilə münaqişə zamanı ən böyük məhbus mübadiləsini açıqlayıb. Lakin Ukrayna Müdafiə Nazirliyinin rəhbəri bunun dəqiq nə vaxt baş verəcəyini açıqlamayıb. Əli…
Daha çoxDay: May 16, 2025
Gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Gənclər Fondu və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, Vəkillər Kollegiyası, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin rəsmi səhifəsi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə ümumrespublika gəncləri arasında “Legal Ring” intellektual yarışı keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilkin mərhələ, dörddəbir final, yarımfinal və final mərhələlərindən ibarət olan yarışın əsas məqsədi gənclərin hüquqi düşüncə tərzinin inkişafına töhfə vermək, Konstitusiya və milli qanunvericilik sahəsində maarifləndirməni təşviq etmək, eləcə də iştirakçıların analitik və tənqidi təhlil bacarıqlarını gücləndirməkdən ibarətdir. Bakı Konqres Mərkəzində keçirilən tədbirin əvvəlində Dövlət…
Daha çoxQazaxıstanın Baş Qərargah rəisinin müavini Azərbaycana gəlib
Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan Respublikasının Baş Qərargah rəisinin müavini – Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi general-mayor Fayzulla Badenovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdiriblər. Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Döyüşü İdarəetmə Mərkəzində, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Komanda məntəqələrində olub. Qonaqlara…
Daha çoxMedinski Ukrayna ilə danışıqların davam etdirilməsi şərtini qeyd edib
Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar tərəflər mümkün atəşkəs barədə öz baxışlarını təfərrüatlı şəkildə işləyib hazırladıqdan və təqdim etdikdən sonra davam etdiriləcək. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib. …Nümayəndə heyətləri razılaşıblar ki, hər bir tərəf mümkün gələcək atəşkəs haqqında öz baxışını təqdim edəcək və onu ətraflı yazacaq. O təqdim edildikdən sonra biz Ukrayna ilə danışıqlarımızı davam etdirməyi məqsədəuyğun hesab edirik. Bunu deyən Medinski həmçinin qeyd edib ki, Moskva Kiyevlə İstanbulda keçirilən ikitərəfli danışıqların nəticələrindən razıdır.…
Daha çoxFüzuliyə dolu yağıb
Füzuli ərazisində yağışlı hava şəraiti daha sonra rayonun bir neçə yerində dolu yağıntısı ilə əvəzlənib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bugün hava şəraiti Füzuli ərazisində də yağıntı ilə müşahidə edilib. Rayonun bir neçə yerinə isə dolu yağıb. Saat 15 radələrində başlayan yağış bir müddət sonra doluya çevrilib. Dolu dənələrinin diametri təxminən 1 santimetrə yaxın olub və bir neçə dəqiqə yağdıqdan sonra yenidən yağışla əvəzlənib. Dolu yağıntısı əsasan Füzuli şəhər mərkəzinə, Haramı düzünün Füzuli rayonu ərazisinə düşən hissəsinə, Kərimbəyli, Şükürbəyli, və daha bir neçə kəndin ərazisinə düşüb. Görüntüləri təqdim…
Daha çox17-18 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə 17-18 may tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək. SİA xəbər verir ki, Azərbaycanın 25 regionundan olan 50-ə yaxın fermer öz təsərrüfatlarında yetişdirdikləri 100-ə yaxın məhsulu həftəsonu yarmarkasında satışa çıxara biləcəklər. Fermerlər yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin…
Daha çoxQubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanovla vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovun meyitinin qalıqları Quba rayonuna gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Quba şəhərində ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilib. Qeyd edək ki, Elşən İsaməddin oğlu Ərzumanov 1974-cü il martın 23-də Qubada anadan olub. O, 1993-cü il aprelin 5-də Kəlbəcər rayonu Murovdağ istiqamətində itkin düşüb. E.Ərzumanov Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
Daha çoxSuriya Rusiyanı Tartus limanından çıxarır
Və Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi… …Suriya Limanlar İdarəsi dünyanın ən böyük liman operatoru DP World (BƏƏ) ilə memorandum imzalayıb ki, bu memorandum çərçivəsində Tartus limanının terminal və logistik xidmətlərinin inkişafına 800 milyon dollar sərmayə qoyulacaq. SİA-nın məlumatına görə, bu barədə Suriya televiziyası məlumat yayıb. Suriya və BƏƏ şirkəti respublikanın regionlarında xüsusi iqtisadi zonaların təşkili, terminallar və tranzit qovşaqlarının tikintisi üçün birgə işləmək barədə razılığa gəliblər. Yeni sövdələşmə Rusiya ilə limanın Suriya hökuməti ilə birgə idarə edilməsinə dair sazişin dağılmasından sonra əldə edilib. Suriyanın “Əl…
Daha çoxAzərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub
Aktau şəhərində Qazaxıstan Xalq Assambleyasının 30 illiyi və şəhərin türk dünyasının mədəniyyət paytaxtı edilməsi ilə münasibətilə “Ana. Cəmiyyət. Gələcək” adlı beynəlxalq forum keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, forumda Manqistau vilayət akiminin müavini, Qazaxıstan Respublikası Prezidentinin yanında fəaliyyət göstərən Qadınlar və Ailə-Demoqrafiya Siyasəti üzrə Milli Komissiyanın üzvləri, Respublika Analar Şurasının sədri və müxtəlif bölgələrdən gələn şura üzvləri iştirak ediblər. Həmçinin Türkiyədən, Qırğızıstandan və Özbəkistandan gələn nümayəndələr də tədbirə qatılıb. Azərbaycanı Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və baş konsul Ayxan Süleymanlı…
Daha çoxUmico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya
Umico, müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək məqsədilə xüsusi kampaniyaya start verir. SİA xəbər verir ki, 25 may 2025-ci il tarixinədək qüvvədə olacaq kampaniya çərçivəsində Umico kredit xətti istifadəçiləri 12 ayadək müddətdə kreditlə edilən bütün alış-verişlərini komissiyasız həyata keçirmək fürsətindən yararlana biləcəklər. Bu xüsusi təklif elektronika, məişət texnikası, geyim və digər kateqoriyalar üzrə yüzlərlə məhsulu əhatə edir. Müştərilər sevimli məhsullarını Umico market platformasında seçərək, sadəcə “Kreditlə al” düyməsini klikləyib şəxsi məlumatlarını daxil etməklə müraciətlərini tamamlaya bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3GV0CVK. Qeyd edək ki, kampaniyadan həm yeni, həm də…
Daha çox