Spiker “İstilik təchizatı haqqında” qanun üzrə dinləmə keçirilməsi ilə bağlı tapşırıq verib

Milli Məclisdə “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi üçün dinləmə keçiriləcək. SİA xəbər verir ki, bu təkliflə bu gün Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Sədr Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rəhbəri Sadiq Qurbanova bununla bağlı tapşırıq verib. Sənəd Prezident İlham Əliyevin imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb. Qanun layihəsinə əsasən, istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin əsas məqsədləri, dövlətin vəzifələri müəyyən edilir. Bundan əlavə, sənəddə istilik təchizatı sektorunda dövlət…

Daha çox

Məktəbli qızla toqquşan 99 yaşlı veteran dünyasını dəyişib…

…Petropavlovskda İkinci Dünya Müharibəsi veteranı Vasili Makienko vəfat edib; onun 99 yaşı var idi. SİA-nın məlumatına görə, Zakon.kz yazır ki, ölüm səbəbi məktəbli qızla toqquşma nəticəsində yaranan omba sınıqlarının yaratdığı fəsadlar olub. Hadisə aprelin 20-də baş verib. Vasili Vasilyeviç quşlara yem verməyə gedərkən 9 yaşlı qızla qarşılaşıb. Uşaq qaçıb, veteran isə yıxılaraq ağır xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilsə də, səhhəti hər gün pisləşib. Mayın 13-də o, süni nəfəs aparatına qoşulub. Ertəsi gün qız və valideynləri xəstəxanada Makienkoya baş çəkdilər. Məktəbli yaşlı kişiyə fikir vermədiyini izah edərək üzr istəyib. Veteran onu bağışlayıb.…

Daha çox

508 və 521 nömrəli marşrutların hərəkət istiqaməti dəyişdirilir

Mayın 17-dən “Pirşağı-Xırdalan-Novxanı-M4” avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. SİA-nın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyət səbəbindən 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.

Daha çox

Azərbaycan “Russia Halal Expo 2025” sərgisində təmsil olunur

Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində “Rusiya – İslam dünyası: KazanForum 2025” çərçivəsində keçirilən “Russia Halal Expo 2025” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, ziyarətçilər Azərbaycan şirkətlərinin istehsal etdiyi qənnadı məmulatlar, yağlar, qurudulmuş meyvələr və meyvə şirələri, mürəbbələr, mineral sularla tanış olur, onlar üçün dequstasiya sessiyaları keçirilir. Bununla yanaşı, stenddə AZPROMO ölkəmizdə sahibkarlar üçün yaradılan münbit investisiya iqlimi, biznesin inkişafı perspektivləri, tranzit ticarət imkanları, o cümlədən investorlara təklif…

Daha çox

Ağcabədidə Birinci Qarabağ müharibəsinin şəhidi Miriş Rüstəmovla vida mərasimi keçirilib

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovun meyitinin qalıqları Ağcabədi rayonuna gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Ağcabədidə ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilib. Qeyd edək ki, Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü il fevralın 15-Ağcabədi şəhərində anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb. M.Rüstəmov Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Daha çox

“Miss World” gözəllik müsabiqəsində…qalmaqal..?

“Miss World” gözəllik müsabiqəsi iştirakçılarının Hindistanın Telanqana ştatında yerləşən Ramappa məbədinə ekskursiyasının videosu internetdə qalmaqala səbəb olub. SİA-nın məlumatına görə, çərşənbə günü, mayın 14-də 108 ölkədən olan qadınlar hind geyimində məbədə gedib və ənənəvi ayaq yuma ritualında iştirak ediblər. Videolardan birində yerli sakinin qıza ayaqlarını yumağa kömək etməsi əks olunub. Digərləri qeyd ediblər ki, artıq təmiz ayaqları mükəmməl pedikürlə yumaq məbədə qədər uzun bir yol qət etmiş və həqiqətən də çirklənə bilən zəvvarların ayaqlarını yumaq kimi qədim ənənəyə lağ edir. Nazlı Almuradova

Daha çox

Naxçıvanın xarici ticarət dövriyyəsi 15 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 39 milyon 825 min 70 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 14,8 % artıb. Bu dövr ərzində muxtar respublikanın ticarət dövriyyəsinin 3 milyon 331 min 800 ABŞ dollarını və ya 8,4 %-ini ixrac olunmuş məhsulların, 36 milyon 493 min 270 ABŞ dollarını və ya 91,6 %-ini isə idxal məhsullarının dəyəri təşkil edib. Dövr ərzində ötən ilin 4…

Daha çox

Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovla Zərdab rayonunda keçirilən vida mərasimi başa çatıb. SİA-nın məlumatına görə, A.Abbasovun nəşi Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha çox

Şahdağda qar yağır – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 16-sı saat 18:00-a olan məlumatına əsasən, ölkə əraizisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. SİA yerli mənbələrə istinadən xəbər verir ki, xidmətdən verilən məlumata görə, Xaltan, Quba, Qusar, Altıağac, Beyləqan, Xaçmaz, Xınalıq, Daşkəsən, Göygöl, Qobustan, Qrız, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağda qar yağması müşahidə olunur. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir saniyədə 21 metrədək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Aran rayonlarında 23, Naxçıvan Muxtar Respublikasında 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınır.

Daha çox

Naxçıvanda bank əmanətləri 47 % artıb

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 49 % artaraq bu aprel ayının 1-ə milli valyuta ekvivalentində 28 milyon 125 min 800 manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əmanətlərin 93,8 %-i milli, 6,2 %-i xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 88 % artıb. Bundan başqa, bu ilin yanvar-aprel aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 71…

Daha çox