Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşü baş tutub. SİA-nın verdiyi məlumata görə, görüş “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində olub.
Daha çoxDay: May 16, 2025
Kiyev bildirir ki, Zelenski və Avropa liderləri Trampa zəng ediblər
Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer və Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampla telefonla danışıblar. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Yuliya Mendel bildirib. Xəbər yenilənəcək. Əli Babayev
Daha çox“Azəriqaz”ın baş direktoru Qəbələdə vətəndaşları qəbul edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qəbələ rayonunda baş tutub. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, qəbulda “Azəriqaz”ın rəhbərliyi ilə yanaşı, Birlik yanında İctimai Şuranın sədri Elçin Salmanov da iştirak edib. Baş direktor Qəbələ, Oğuz, Şəki, Balakən, Bərdə və Şamaxı rayonlarından qəbula üz tutan 27 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması, işə qəbul, qaz xəttinin…
Daha çoxÖtən ay 22 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib
Ötən ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 22 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib. Bu barədə SİA-ya Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir. Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.
Daha çoxUkrayna və Rusiya nümayəndə heyətləri arasında görüş başa çatıb…
Danışıqlar iki saatdan az davam edib… …Reuters xəbər verir ki, cümə günü, mayın 16-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında görüş başa çatıb. Bu, Kremlin təslim olmaq üçün qəbuledilməz şərtlər irəli sürdüyü 2022-ci ilin martından bəri ilk açıq danışıqlardır. SİA-nın məlumatına görə, Sky News xəbər verir ki, Rusiya danışıqlarda qeyri-real və əvvəllər müzakirə edilən hər şeydən çox tələblər irəli sürüb, ukraynalı diplomatik mənbə bildirib. Xüsusilə, Kreml nümayəndələri atəşkəs üçün şərt kimi Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərindən çıxarılmasını tələb ediblər. Rusiya Ukraynadan…
Daha çox“Bu gün ailə psixoloqları çox çətin vəziyyətdə qalıblar”
“İslamda baş örtüsü nəinki var, baş örtüsü İslamın prinsipial qanunlarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib. Onun sözlərinə görə, İslamın əsas məqsədi həm fərdləri, həm də toplumu, cəmiyyəti gözəl, əxlaqlı, aktiv, müsbət, pozitiv cəmiyyətə çevirməkdir: “İslam bu məqsədə qarşı olan hər bir hərəkət, hadisə, problemə qarşıdır. Cəmiyyətdə fitnə-fəsad yaradan, cəmiyyətin aktivliyini pozan amillərdən biri də şəhvət duyğusudur. Şəhvəti təhrik edən, onu yersiz şəkildə qıcıqlandıran kişi və qadınların şəhvətpərəstliyinə yol açan hər şeyə qarşı İslam qarşıdır. Düzdür, şəhvət hissini Allah yaradıb. Amma Allah onu ifrat…
Daha çoxAli Məhkəmədən quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı qərar verib
Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.SİA xəbər verir ki, sözügedən qərar Ali Məhkəmədə baxılan iş əsasında qəbul olunub. ittihama görə, qabaqcadan əlbir olan iki şəxs qrup halında birləşib, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 170.3-cü maddələrində nəzərdə tutulan əməli törədərək özgə əmlakını günün işıqlı vaxtı, iş vaxtı ərzində qapısı açıq, mülkiyyətçisi çöldə olan qızıl-zinət əşyalarının satışı mağazasına gəliblər. Şəxs silah qismində tətbiq edilməsi üçün nəzərdə tutulan rezin güllə atan tapança və bıçaq, sellofan torba, tibbi maska və əlcəklə təchiz…
Daha çoxBu ilin yanvar-aprel aylarının yekununa dair məlumat açıqlanıb
2025-ci ilin yanvar-aprel ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 min 992 cinayət faktı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, cinayət faktlarının 894-ü narkotik vasitələrin qanunsuz satışı, 2 min 74-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar…
Daha çox“Azərbaycan aqro sahəsinə mühüm önəm verir”
“Caspian- Agro 2025 sərgisi Azərbaycanın daha bir istiqamət üzrə önə çıxmasının nümunəsidir. Caspian-Agro 2025 sərgisində cənab Prezidentin özü şəxsən iştirak etmişdir. Bu da Azərbaycan Dövlət başçısının sərgiyə verdiyi böyük əhəmiyyətdən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, 30-dan çox dövlətin, 500-ə yaxın şirkətin iştirak etdiyi bu sərgidə müxtəlif növ kənd təsərrüfatı məhsulları, texnikaları, idarəetmə sistemləri nümayiş olunub: “Bu Cop29-dan sonra öz əhəmiyyətinə görə növbəti bir tədbirdir. Kənd Təsərrüfat Nazirliyinin təşəbbüsü ilə yaradılan Aqro sərgisi süni intellektin, texnikaların nümayiş edilməsi böyük əhəmiyyət…
Daha çoxİlham Əliyev Albaniyada Litvanın Baş naziri ilə görüşüb
İlham Əliyev Albaniyada Litvanın Baş naziri ilə görüşüb
Daha çox