Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın Valensiya şəhərində keçirilən “İnklüzivlik mədəniyyəti: incəsənət, idman və istirahət vasitəsilə həyatın zənginləşdirilməsi” adlı Yaz Konfransında iştirak edir. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Avropada Əlilliyi olan Şəxslər üçün Xidmət Təminatçıları Assosiasiyası (EASPD) tərəfindən təşkil edilən beynəlxalq konfrans əlilliyi olan şəxslər üçün sosial xidmətlər və dəstək təmin edən təşkilatların təmsil olunduğu şəbəkədir. Təşkilat əlilliyi olan şəxslərin həyat keyfiyyətini artırmaq, onların hüquqlarını müdafiə etmək və sosial inklüzivliyi…
Daha çoxDay: May 16, 2025
Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7,6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə SİA– ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, məhdudiyyət sabah saat 07:00-dan başlayaraq bir neçə saat qüvvədə olacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.
Daha çoxAzərbaycan Prezidenti Böyük Britaniyanın Baş naziri ilə görüşüb
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxPərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib
Bu gün energetika naziri Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib. SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, qaz təchizatı, elektrik və qaz xətlərinin çəkilişi, elektrik xətlərinin istismar vəziyyəti, keyfiyyət göstəriciləri, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat, təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı Ağstafa rayonu ilə yanaşı Gəncə, Mingəçevir şəhərləri, Goranboy və Tovuz rayonlarından olan 30-dan çox vətəndaş iştirak edib.
Daha çoxİlham Əliyevin Tiranada Çexiyanın Baş naziri ilə görüşü olub
İlham Əliyevin Tiranada Çexiyanın Baş naziri ilə görüşü olub
Daha çoxYAP Sabunçu Rayon Təşkilatında hesabat-seçki yığıncaqları davam edir
YAP Sabunçu Rayon Təşkilatının Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi 327 (1 saylı Uşaq Somatik sanatoriyası) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, Yığıncaqda çıxış edən YAP Sabunçu Rayon Təşkilatının məsul əməkdaşları qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası vətənimizin ən böyük siyasi partiya olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi partiyadır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Heç şübəhsiz nüfuzlu güc mərkəzinə çevrilməsinin şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır. Çıxışlardan sonra…
Daha çoxNaxçıvanda sənaye istehsalı 6 % azalıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 162 milyon 315 min 900 manatlıq sənaye məhsulu istehsal edilib. Bu barədə SİA-ya Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 6 % azdır. Sənaye məhsulunun 130 milyon 808 min 100 manatı və ya 80,6 %-i malların, 31 milyon 507 min 800 manatı və ya 19,4 %-i isə xidmətlərin payına düşüb. Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 76,7 %-i emal, 20,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 %-i isə su təchizatı, tullantıların…
Daha çoxİlham Əliyev Albaniyada İspaniyanın Baş naziri ilə görüşüb
İlham Əliyev Albaniyada İspaniyanın Baş naziri ilə görüşüb
Daha çox“Qardaşəli Teyyubob” Media Diplomu təsis edilib
Müstəqil Həmkarlar Birliyi və “Ölkə” qəzeti ömrünün 45 ilini Azərbaycan mətbuatının inkişafına həsr etmiş tanınmış jurnalist, peşəkar qələm ustası, ana dilimizdə yazıb yaratmış, dilimizin qorunmasında böyük xidmətləri olan, bir çox məşhur imzaların müəllimi olmuş mərhum Qardaşəli Teyyubov adına Media Diplomu təsis edib. SİA xəbər verir ki, bu barədə mayın 16-da “Səs” qəzetinin redaksiyasında keçirilən mətbuat konfransında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev məlumat verib. Diplom Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən jurnalistlərə təqdim olunacaq. Qeyd olunub ki, münsiflər heyəti…
Daha çoxNaxçıvanda yük və sərnişin daşınması 1 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 2 milyon 248 min 300 ton yük, 15 milyon 41 min 100 sərnişin daşınıb. Bu barədə SİA-ya Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 %, sərnişin daşınması isə 0,7 % artıb. Bundan başqa, 4 ay ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 % artaraq 13 milyon 296 min 200 manat olub. Xidmətlərin 47,7 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.
Daha çox