Azərbaycanda növbəti torpaq hərracı elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 18-də növbəti dəfə torpaq hərracı keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclar ƏMDX-nın Yevlax, Tovuz, Quba, Ağcabədi və Qobustan ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 6 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Daha çox

İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub. SİA xəbər verir ki, Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək ölkənin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkənin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu…

Daha çox

Ukrayna və Rusiya İstanbulda danışıqlara başlayıb

Danışıqlar vasitəçisiz aparılır. Ukrayna və Rusiya nümayəndə heyətləri danışıqlara başlayıb. Görüşün əvvəlində Türkiyə nümayəndələri də iştirak edib. SİA xəbər verir ki, bu barədə Suspilne məlumat yayıb. Əlavə etmək lazımdır ki, Rusiya nümayəndə heyətinə aşağıdakılar daxildir: Medinski Vladimir Rostislaviç – Putinin köməkçisi (nümayəndə heyətinin rəhbəri); Qaluzin Mixail Yuryeviç – Rusiya xarici işlər nazirinin müavini; Kostyukov İqor Valerieviç – Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi; Fomin Aleksandr Vasilieviç – Rusiya Federasiyası Müdafiə Nazirinin müavini. Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyətinin…

Daha çox

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə deyib. Dövlət başçısı ölkənin Avropanın enerji təhlükəsizliyində roluna toxunub: “Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Bu gün Azərbaycanın Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında rolu var”. Azərbaycanın Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş…

Daha çox

Turizm cənnəti Tekirdağ

Turizmin əsas qayəsi sözsüz tarixi- mədəni abidələr həmçinin əlverişli təbi resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir. SİA xəbər verir ki, son illər ərzində dünyanın istənilən nöqtəsindən turistlər Türkiyəyə axın edir. 2015-ci ildə Ümumdünya Turizm Təşkilatının siyahılarında qardaş Türkiyə turist sayına görə ilk 50 dövlət içərisində var idi. Son bir neçə il ərzində isə Türkiyə turist qəbuluna görə dünyanın ilk beşliyinə daxil olub. Sözsüz ki, burada formalaşmış turizm obyektləri, restoran personalları ilə yanaşı gözəl təbiətin də önəmi var. Türkiyənin bütün ərazisi turizm üçün olduqca əlverişlidir. Bu yazımızda…

Daha çox

ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

İnsan kapitalının dayanıqlı inkişafına dəstək verən Azercell ADA Universitetinin keçirdiyi “İşə götürülmə qabiliyyəti həftəsi 2025” (“Employability Week 2025”) çərşivəsində tələbələr üçün silsilə seminarlar və interaktiv sessiyalar təşkil etdi. Bilik və bacarıqların qiymətləndirilməsi mərhələlərindən uğurla keçmiş 12 ADA Universiteti tələbəsi Azercell-in Yay Təcrübə Proqramında iştirak hüququ qazandı. Seçilmiş tələbələr 3 ay müddətində şirkətin müxtəlif departamentlərində real iş mühitində təcrübə keçəcək, peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək bazarına daha hazırlıqlı daxil olmaq imkanı əldə edəcəklər. Azercell-in təcrübə proqramı gənclərin potensialını üzə çıxarmaq, gələcəyin ixtisaslı mütəxəssislərinin yetişdirilməsinə dəstək olmaq məqsədi daşıyır. “Employability Week…

Daha çox