“Türkiyə regional məsələlərdə vasitəçi, istiqamətverici və dialoqu təşviq edən ölkə kimi çıxış edir”

“Türkiyə, Rusiya ilə Ukrayna arasında üç il yarım davam edən müharibənin sona çatdırılması üçün çalışan əsas ölkələrdən biridir. Müharibənin başlanğıcından etibarən Türkiyə bu qarşıdurmanın dayandırılması üçün ciddi səylər göstərmişdir.” Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib. Onun sözlərinə görə, 2022-ci ildə İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərini bir araya gətirmişdir: “Görüşlər nəticəsində tərəflər demək olar ki, razılaşma mərhələsinə gəlmişdi, lakin naməlum səbəblərdən bu danışıqlar nəticəsiz qalmışdır. Həmçinin xatırlanır ki, Türkiyə münaqişənin dayandırılması istiqamətində Antalya Diplomatiya Forumunda hər iki ölkənin xarici…

Daha çox

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında mayın 19-dan 20-nə keçən gecə yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.…

Daha çox

Egey dənizində daha bir zəlzələ qeydə alınıb

Egey dənizində gün ərzində növbəti zəlzələ baş verib. Evbeya adasında qeydə alınan yeraltı təkanların gücü 4.4 bal olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Bakı vaxtı ilə saat 09:56-da qeydə alınıb və Türkiyənin Çanakkale vilayətinin Ayvacık rayonundan 250 km məsafədə baş verib. Zəlzələ ocağı 7 km dərinlikdə yerləşir.

Daha çox

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 19-da davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…

Daha çox

“Çin rəsmilərinə “kəmərləri sıxmaq” əmri verildi…”

Artıq iş naharlarında bahalı spirtli içkilər, siqaretlər və dəbli yeməklər təklif edilməyəcək …Çinin hakim Kommunist Partiyası məmurlara dövlət xərclərini azaltmağı əmr edib. Artıq iş naharlarında bahalı spirtli içkilər, siqaretlər və dəbli yeməklər təklif olunmayacaq, konfranslarda artıq dəbdəbəli gül kompozisiyaları olmayacaq. SİA-nın məlumatına görə, “Washington Post” yazır ki, Çin iqtisadi çətinliklərlə üzləşib – ABŞ-la davam edən ticarət müharibəsi və ölkə daxilində inkişafın ləngiməsi… Nəticədə məmurlara kəmərləri sıxmaq və “qənaətkar həyat tərzi sürmək” əmri verilib. Rəsmi “People’s Daily” qəzetində dərc olunan məqalədə deyilir: “Qənaətkarlıq və israfçılığa qarşı çıxmaq…

Daha çox

Şərq, yoxsa Qərb üslubunda evlənək?

Dünyada Şərq və Qərb insanlarının sivilizasiyaları, hadisələrə yanaşmaları hər zaman fərqli olub. Mədəniyyət Şərqdə yaransa da, mütəxəssislər bildirirlər ki, sonradan inkişaf edən Qərb bu xüsusda Şərqi xeyli üstələyib. Xüsusilə də, Qərb insanlarında qanuna, qaydalara münasibət xeyli dərəcədə fərqlidir. Eyni zamanda ailə dəyərləri də Şərq və Qərbdə fərqlənir. Gənclər necə evliliyə üstünlük verirlər? Şərq üslubunda, yoxsa Qərb üslubunda evlilik daha yaxşıdır? Mentalitet buna icazə verirmi? Cəmiyyətimizdə indi hansı üslub hökm sürür? SİA bu suallara cavab tapmaq üçün şəhər sakinlərinin fikirlərini öyrənib. Şəhər sakini Xalidə Nəcəfova: “İndiki gənclərin Şərq üslubunda evlənməsi daha…

Daha çox

Dörd yaşlı uşaq limonad içmək istəyib və zəhərlənib…

Orenburq vilayətində dörd yaşlı uşaq limonad əvəzinə benzin içib və zəhərlənib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Rusiya regionu üzrə mətbuat xidməti məlumat yayıb. Uşaq valideynləri ilə birlikdə nənəsini ziyarətə gəlib. O, böyüklərin nəzarəti ilə həyətə çıxıb və orada plastik şüşə limonad tapıb. Oğlan ondan üç qurtum içib və sonra bu barədə anasına danışıb. Benzin içən uşaq xəstəxanaya yerləşdirilib və artıq bütün lazımi tibbi yardımlar göstərilib. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir. Bundan əvvəl Çuvaşiyada Şumerlya şəhərindəki 8 saylı gimnaziyada onlarla uşaq zəhərlənib. 41 nəfər…

Daha çox

Rəşad Nəbiyevin Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Ağdamda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, R. Nəbiyevin mayın 23-də saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Daha çox