Tələbə qız Rusiyadan qaçmağa cəhd edərkən saxlanılıb…

“Azov”u maliyyələşdirməkdə ittiham olunan Polina Kostikova Moskva istintaq təcridxanasına göndərilib …Federal magistrallardan birində həbs olunmazdan əvvəl o, ev dustaqlığında idi. İstintaq onu Rusiyada terrorçu kimi tanınan təşkilatlara maliyyə dəstəyi verməkdə ittiham edir. SİA-nın məlumatına görə, Moskvanın Ostankino Rayon Məhkəməsi terror təşkilatında iştirakda ittiham etdiyi tələbə Polina Kostikovanın həbs-qətimkan tədbirini dəyişib. Kostikova əvvəlcə ev dustaqlığında idi, lakin o, Rusiyanı tərk etməyə cəhd etdiyi üçün 2025-ci il iyunun 4-dək istintaq təcridxanasında saxlanılacaq. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs mayın 15-də yaşadığı yeri tərk edərək Rusiya-Gürcüstan sərhədini keçməyə cəhd…

Daha çox

Azərbaycanda dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilir

Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesi sadələşdirilir. SİA xəbər verir ki, bununla bağlı “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik olunması təklif edilir. Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.

Daha çox

Ruslar 11 ölkədə valyuta mübadilə edə bilərlər…

…Rus turistlər on məşhur ölkədə rublu yerli valyutaya dəyişə bilərlər. Belə ölkələr arasında Türkiyə, Çin, Qazaxıstan, Gürcüstan və bir çox başqa ölkələr var. SİA-nın məlumatına görə, 2013-cü ildən əvvəl dövriyyəyə buraxılmış dollarların dəyişdirilməsinin çətinliyi ilə bağlı vəziyyət ötən ilin payızında aktuallaşıb. BƏƏ və Türkiyə kimi bəzi ölkələrdə ödənişlər üçün yeni üslubda dollar tələb olunur, Cənub-Şərqi Asiya ölkələrində isə köhnə əskinaslar daha az sərfəli məzənnə ilə dəyişdirilir. Valyutadəyişmə məntəqələri və bankların təhlili təsdiq edib ki, rubl Türkiyə, Qazaxıstan, Gürcüstan, Ermənistan, Azərbaycan və Özbəkistan kimi ölkələrdə həm hava limanlarında, həm də şəhər…

Daha çox

“İnanc hər zaman var və var olacaqdır”

“İnanc hər bir insanın fitrətində, yəni yaradılışında var”. Bu sözləri SİA-ya açıqlamasında Ffd, Azərbaycan İlahiyyat institutunun müəllimi, İlahiyyat məscidinin imamı Vüqar Səmədov deyib. O bildirib ki, insanın digər canlılardan əsas fərqi bundadır ki, insan düşünən canlıdır: “Varlığının anlamını sorğulayan başqa bir canlıda belə bir şey yoxdur. Bunu qəbul etməliyik ki, dünyaya gəlməkdə, cinsiyyətimizi, milliyətimizi, anamızı, atamızı və s. kimi xüsusları təyin etməkdə bizim rolumuz, iradəmiz yoxdur. Dünyaya məruz qalırıq və dünyada fitrətimiz gərəyi məna axtarmağa başlayırıq. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə…

Daha çox

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman prioritet kimi qəbul edib

Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul edib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı bildirib ki, bu istiqamətdə hüquqi və institusional çərçivəmiz Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşıb: “Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində mühüm rol oynayır”.

Daha çox

“Rostec” Alman “Leopard 2” tankında zəif nöqtələr tapıb…

…“Rostec” dövlət korporasiyasının mütəxəssisləri “əsir götürülmüş” alman “Leopard 2” tankının hərbi-texniki xüsusiyyətlərini öyrənib və onun mühafizəsində ciddi zəifliklər aşkar ediblər. SİA xəbər verir ki, bu barədə RİA Novosti-yə şirkətdən məlumat verilib. …Onlar həm zirehin qalınlığı və tərkibi, həm də döyüş maşınının daxili quruluşu ilə əlaqədardır. Müasir müharibə şəraitində tankın yaşamaq qabiliyyəti qeyri-kafi ola bilər. Bu rusların hesabatında qeyd edilir. Belə ki, “Leopard 2” kumulyativ döyüş başlıqları və müasir ATGM-lərlə (tank əleyhinə raket sistemləri) təchiz edilmiş dronlarla müxtəlif rakurslardan hücum edərək məhv edilə bilər. Mütəxəssislər belə qənaətə gəliblər ki, bu tip…

Daha çox

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı tələb dəyişib

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nda və 20 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edib.SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, eləcə də banklar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət…

Daha çox

Çin, Cənubi Koreya və Yaponiyada içki mədəniyyəti dəyişir

Çinlilər işdən sonra daha az içirlər …Yaponlar üçün spirtli içki içməyə qəbul edilən vaxt və üsul işdən sonra bara getməkdir. Bu, artıq kişi alkoqolizminin ciddi probleminə gətirib çıxarıb. Buna ilk reaksiya verən Çin rəsmiləri olub. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Çin, Yaponiya və Cənubi Koreya sakinləri öz ölkələri üçün xarakterik olan içki mədəniyyətindən imtina etməyə başlayıblar. Tokioda işdən sonra bara getmək korporativ mədəniyyətin bir hissəsidir. Bu, çoxlarına münasibətlər qurmağa imkan verir, lakin buna görə də küçələrdə sərxoş kişiləri tez-tez görmək olar və kişi…

Daha çox

“Bıçaq gəzdirən gənc sonradan bıçaqlamağa qurban axtarır”

“Son dövrlərdə yuxarı sinif şagirdləri arasında insidentlərin baş verdiyinin şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, bu insidentlər nəticəsində yaralanma və ölüm hadisələri də yaşanır: “Təəssüf ki, bir neçə gün öncə Gəncə şəhərində bir məktəbli vəhşicəsinə qətlə yetirilib. Hələ istintaq davam etdiyindən bu barədə dəqiq məlumat vermək mümkün deyil. Ancaq bir fakt bəllidir ki, məktəbli vəhşicəsinə öldürülüb. Son 10 ildə müşahidə etsək görərik ki, insanlar əvvəlki illərə nisbətən daha çox aqressivləşiblər. Bunun bir çox səbəbləri var. Bunlardan biri də…

Daha çox

Azərbaycanda attraksionların təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb

Azərbaycanda “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Layihə Azərbaycan ərazisində attraksionların təhlükəsizliyinin təmin olunması, onlara dair məcburi tələblərin müəyyənləşdirilməsi və attraksionların istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsinə dair əsas tələbləri əhatə edir. Gələcəkdə attraksionların təhlükəsizliyinə dair digər texniki reqlamentlər qəbul olunduğu halda, ölkə ərazisində fəaliyyət göstərən attraksionlar həmin bütün normativ sənədlərin…

Daha çox