Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır

Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. SİA xəbər verir ki, bunu Bakıda keçirilən bunu Baş prokuror Kamran Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində altıncı plenar iclasındakı çıxışında deyib. Onun sözlərinə görə, cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir: “Prezidentin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir.…

Daha çox

Rusiya ilə Ukrayna arasında tezliklə danışıqlar başlayacaq

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı başa çatıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti açıqlama verib. O danışığın 2 saat çəkdiyini bildirib. “Düşünürəm ki, çox yaxşı keçdi. Rusiya və Ukrayna tezliklə atəşkəs və ən əsası müharibəyə son qoyulması istiqamətində danışıqlara başlayacaqlar. Şərtlər iki tərəf arasında müzakirə olunacaq”,- deyə Tramp əlavə edib. Liderlər ticarət mövzusunu da müzakirə ediblər. Tramp bildirib ki, Rusiya bu fəlakətli müharibə bitdikdən sonra ABŞ-la genişmiqyaslı ticarət sövdələşməsi etmək istəyir: “Mən buna razıyam. Rusiya üçün çox sayda iş yerləri…

Daha çox

Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib

Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində altıncı plenar iclasındakı çıxışında deyib. O bildirib ki, təkcə ötən il Azərbaycan BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi edib, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub: “Azərbaycan “GlobE Network”ün fəal üzvü olaraq…

Daha çox

Söhbət iki saatdan çox davam etdi…

Putin deyir ki, Rusiya və Ukrayna Trampla danışıqdan sonra “hər iki tərəfə uyğun olan kompromislər” tapmalıdır Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə telefonla danışıb. Söhbət iki saatdan çox davam etdi. SİA-nın məlumatına görə, danışıqlardan sonra Putin jurnalistlərin qarşısına çıxıb. O, Trampla söhbəti “açıq və mənalı” adlandırıb. Onun sözlərinə görə, ABŞ prezidenti atəşkəslə bağlı mövqeyini ifadə edib. …Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür, – TASS onun sözlərindən sitat gətirir. …O bildirib ki, Rusiya və Ukrayna “hər iki tərəfə uyğun olan…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 19-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.32% – 42,792.07 bəndədək, S&P 500 indeksi 0.09% – 5,963.60 bəndədək, Nasdaq indeksi isə 0.02% – 19,215.46 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 19-də FTSE 100 indeksi 0.17% – 8,699.31 bəndədək, Almaniyanın DAX indeksi 0.70% – 23,934.98 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.04% – 7,883.63bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.02% artaraq 1.1242 dollar təşkil edib.

Daha çox

İlham Əliyev “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb. SİA xəbər verir ki, müraciəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev səsləndirib. “Hörmətli tədbir iştirakçıları, Sizi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin Bakı şəhərində keçirilən 6-cı Plenar iclasında səmimi-qəlbdən salamlayıram. Bu mühüm tədbirin məhz ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən yüksək etimadın və beynəlxalq aləmdə artan nüfuzumuzun bariz nümunəsidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən çoxsaylı peşəkarları bir araya gətirən…

Daha çox

Rusların yalnız 5 faizi reklam edilən dərmanların effektivliyinə inanır

…Analitiklər rusların dərman seçərkən nəyi rəhbər tutduqlarını müəyyən ediblər. Məlum olub ki, üçdə birindən çoxu öz təcrübələrinə daha çox güvənir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, analitiklər rusların dərman alarkən nəyi rəhbər tutduqlarını müəyyən ediblər. Respondentlərin üçdə biri öz təcrübələrinə əsaslandığını bildirib. Rusiyalıların daha 28 faizi dərman seçərkən həkimin, 15 faizi isə əczaçının tövsiyələrinə qulaq asır. Eyni zamanda, yalnız bir neçə respondent, dəqiq 5faiz reklam olunan dərmanları alır. Belə ki, Medisorb əczaçılıq şirkəti qeyd edib ki, respondentlərin 58 faizi evdə zəruri dərmanlar olan ilk yardım dəstini saxladıqlarını bildirib. Bunlar…

Daha çox

Azad edilmiş torpaqların sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir

İşğal olunmuş ərazilərdə illər ərzində resursların qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, işğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olub: “Azad edilmiş torpaqların tərəqqi və sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu…

Daha çox

Rusiyadan gətirilən dondurmanın satışı Belarusda qadağan edilib…

Görən, belaruslar əvəz çıxmır ki..? …Qosstandart Belarusda satışda Rusiyadan gələn beş növ təhlükəli dondurma aşkar edib. SİA-nın məlumatına görə, təfərrüatlar Dövlət Standartının Gomel Regional Müfəttişliyinin mətbuat xidməti tərəfindən verilib. Məlumatda bildirilir ki, idarənin mütəxəssisləri Qomel vilayətindəki pərakəndə satış şəbəkələrindən birində süd yağını əvəz edən süd tərkibli məhsul olan dondurma aşkar ediblər. Söhbət Dream Factory brendinin (Rusiya) dondurmasından gedir. Bildirilir ki, adı çəkilən brenddən olan dondurma sınaqdan keçirilərkən yağ fazasında süd yağının kütlə payı 0,1 faiz olub. Bu fakt süd yağının 99,9 faiz əvəzedicisi ilə əvəz olunduğunu…

Daha çox