“Avropa Siyasi Birliyinin Albaniyada keçirilən 6-cı zirvə toplantısı mühüm bir mərhələni təmsil edir. Üzv dövlətlər bir yerə toplanaraq ortaq maraqları, ortaq çağırışları müzakirə etdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib. Onun sözlərinə görə, burada əsasən təhlükəsizlik maraqları, enerji təchizatı və enerji təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı çağırışlar, iqtisadi əməkdaşlıq və iqtisadi maraqlar sahəsində məsələlər müzakirə olundu. Azərbaycanın bu tədbirə dəvət olunması olduqca mühüm əhəmiyyət daşıyır və bu, sadəcə protokol xarakterli deyil. Bu gün dəyişən dünya düzənində, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda, Avropaya gedən iqtisadi, ticari və nəqliyyat yolları demək…
Daha çoxDay: May 20, 2025
Vulkan püskürdü, əhaliyə xəbərdarlıq edildi
İndoneziya Levotobi Laki-laki vulkanı ilə bağlı xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə qaldırıb. SİA xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya Agentliyi məlumat yayıb. Bildirilib ki, İndoneziyanın şərqindəki Flores adasında yerləşən vulkan mayın 18-də səkkiz dəfə 3-5,5 kilometr hündürlüklərə kül püskürüb. Mayın 19-da səhər saatlarında da püskürmə baş verib. Səlahiyyətlilər əhalini və turistləri vulkanın ən az 6 kilometr uzaqlığında qalmağa çağırıb. Bundan əlavə, güclü yağışlar başlayarsa, kraterdən ətraf əraziyə soyuq lava axını ola biləcəyi barədə xəbərdarlıq edilib.
Daha çoxPambıq istehsalçılarına məhsulun qəbulu haqqında qəbz elektron formada veriləcək
Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır. SİA xəbər verir ki, bununla bağlı “Pambıqçılıq haqqında” qanunda dəyişiklik olunması təklif edilir. Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. İclasda qeyd edilib ki, pambığın qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması prosesin elektronlaşmasına və asanlaşmasına mane olur. Belə ki, vətəndaşlar qəbzi skan edərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə məcbur olurlar. Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə əsasən malların təhvil verilməsi (təhvil alınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiq edilir. Həmin sənədlər…
Daha çoxPutin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə bir sıra bəyanatlar verib. SİA xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, danışıqlar iki saatdan çox davam edib. “Qeyd etmək istəyirəm ki, telefon danışığı çox məzmunlu, olduqca səmimi və mənim fikrimcə, kifayət qədər faydalı oldu”, – deyə o bildirib. Putin ABŞ-ın Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpasına verdiyi dəstəyə görə Donald Trampa təşəkkür edib. “İlk növbədə ABŞ Prezidentinə Rusiya ilə Ukrayna arasında mümkün sülh sazişi ilə bağlı birbaşa danışıqların bərpasına ABŞ tərəfindən göstərilən dəstəyə görə təşəkkür etdim”,…
Daha çoxAğdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 50 ailə – 207 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən…
Daha çoxVərəsə miras açıldıqdan sonra ölərsə, onun pay almaq hüququ yaxınlarına ötürüləcək
Azərbaycanda vərəsə miras açıldıqdan sonra ölərsə, onun ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək. SİA xəbər verir ki, bununla bağlı Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, o cümlədən “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişikliklər olunması təklif edilir. Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. İclasda qeyd edilib ki, vərəsə mirasın qəbulundan imtina üçün Mülki Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənə qədər notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa…
Daha çoxPandemiya sazişi qəbul edildi
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr mayın 19-dan 27-dək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyasında pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib. SİA xəbər verir ki, iclasda iştirak edən 124 üzv ölkə sazişin lehinə səs verib. 11 ölkə bitərəf qalıb. Onlar arasında İsrail, İran, İtaliya, Polşa, Rusiya və Slovakiya var. Müqavilənin təsdiqlənməsi üçün 83 səs çoxluğu tələb olunurdu. Bu saziş gələcək pandemiya təhdidlərinin qarşısının alınması və cavab tədbirlərinin görülməsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Layihəyə əsasən, ÜST ölkələri patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi yaratmağı və peyvəndlərin,…
Daha çoxAzərbaycanda vərəsəlik səhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək. SİA xəbər verir ki, bununla bağlı Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, o cümlədən “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişikliklər olunması təklif edilir. Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, həmçinin miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilir. Belə ki, sənədə görə notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət…
Daha çox“Netflix” süni intellekt reklamlarını seriallara inteqrasiya etməyi planlaşdırır
2026-cı ildə striminq xidməti süni intellekt tərəfindən yaradılmış reklamı təqdim etməyə başlayacaq, həmin reklam şounun ortasında və ya istifadəçi reklamla dəstəklənən planlarında pauza düyməsini basdıqda nümayiş olunacaq. Bu barədə SİA xarici mətbuata istinadla xəbər verir. “Netflix”in reklamçılar üçün təşkil etdiyi “Upfront” tədbiri zamanı şirkətin reklam üzrə prezidenti Ami Reynhard, istifadəçi kontentinin yaradılması üçün generativ süni intellektdən istifadə edən interaktiv reklamın gələcək funksiyasını nümayiş etdirib. Bununla belə, hədəfləmənin necə işlədiyinin təfərrüatları qeyri-müəyyən olaraq qalır. Videoların baxış tarixçəsinə və ya izləyicinin hazırda baxdığı məzmuna əsaslanaraq uyğunlaşdırılacağı ilə bağlı heç bir izahat verilməyib.…
Daha çoxVətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səngərdən məktəbə qəhrəmanlıq körpüsü” adlı tədbir təşkil olunub. SİA xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Rəfael Hüseynov adına 49 nömrəli intellekt məktəb-liseydə təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Görüş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və qəhrəman müharibə iştirakçılarının həyat yolunu gənc nəslə tanıtmaq, vətənə bağlılıq hissini aşılamaq məqsədi ilə təşkil . “Konstitusiya və…
Daha çox