Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev 29-30 may tarixlərində “Ağılları birləşdirərək gələcəyin formalaşdırılması” mövzusunda Astana Beynəlxalq Forumunda (Astana International Forum, AIF2025) iştirak edəcək. Bu barədə SİA-ya Azərbaycanın Astana şəhərindəki səfirliyindən məlumat verilib. AIF2025-də dünya liderləri, ekspertlər və biznes nümayəndələri bir araya gələcəklər, xüsusilə Ruanda Prezidenti Pol Kaqame, Şimali Makedoniya Prezidenti Qordana Silyanovskaya-Davkova, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin iştirakı gözlənilir. Tədbirin Təşkilat Komitəsinin məlumatına görə, forumda əsas diqqət dörd tematik sahəyə yönəldiləcək: “Xarici siyasət və təhlükəsizlik”, “Beynəlxalq inkişaf və dayanıqlılıq”, “Energetika və iqlim”, “İqtisadiyyat və maliyyə”.
Daha çoxDay: May 20, 2025
Kir Starmerin mülklərində törədilən yanğınlarla bağlı üçüncü şəxs saxlanılıb
Böyük Britaniyanın Baş naziri Kir Starmerin şəxsi mülklərində törədilən yanğınlarla bağlı üçüncü şəxs də saxlanılıb. SİA BBC-yə istinadla xəbər verir ki, 34 yaşlı şübhəli şəxs bazar ertəsi səhər saatlarında Londonun cənub-qərbində yerləşən Çelsi bölgəsində tutulub. Ona qarşı insan həyatını təhlükəyə atmaq məqsədilə qəsdən yanğın törətmək üçün sui-qəsd ittihamı irəli sürülüb. Bu hadisə ilə bağlı bundan əvvəl daha iki nəfər saxlanılmışdı. Yanğınlar “Kentish Town” ərazisində avtomobilin yanması, Baş nazirin həmin küçədə yerləşən şəxsi evində baş vermiş yanğın və onun daha əvvəl yaşadığı digər ünvanda qeydə alınan hadisə olmaqla üç ayrı insidenti…
Daha çox“Uşaqların avtomobillərlə təmasda olması minimuma endirilməlidir”
“Yaşayış məntəqələrinin qarşısında uşaqlar üçün meydançaların olmaması, əlbəttə ki, onların həm fiziki, həm də psixoloji inkişafına mənfi təsir göstərir. Çünki uşaqlar yalnız evdə deyil, həm də həyətdə oynayırlar. Əvvəllər həyətdə qum üçün xüsusi sahələr ayrılırdı. Bu gün isə bəzi ölkələrdə, xüsusilə də Rusiya, Belarus kimi şimal ölkələrində belə meydançalar hələ də evlərin həyətində mövcuddur”. Bunu SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, uşaqların avtomobillərlə təmasda olması minimuma endirilməlidir: “Onlar üçün geniş, təhlükəsiz ərazilər olmalıdır ki, orada sərbəst qaça, oynaya bilsinlər. Bu, onların həm fiziki, həm də psixoloji inkişafına…
Daha çox1291 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə mayın 12-dən 18-nə qədər 23 tank əleyhinə mina, 36 piyada əleyhinə mina, 377 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən, 1291.8 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən…
Daha çoxƏrdoğandan yeni Konstitusiya mesajı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. SİA “Haberler.coma”a istinadən xəbər verir ki, o bu barədə 19 May – Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə keçirilən tədbirdə danışıb. “Yeni Konstitusiyanın hazırlanması istiqamətində işlərini davam etdirilir. Bunu təxirə salmaq mümkün deyil. 20 il əvvəl hazırlanmış Konstitusiya ilə daha davam edə bilmərik”, – deyə Türkiyə lideri bildirib. Qeyd edək ki, Türkiyədə 1980-ci ildə baş vermiş hərbi çevrilişdən sonra 1982-ci ildə yeni Konstitusiya qəbul edilib və o, ciddi dəyişikliklərə məruz qalsa da, hələ də qüvvədədir.
Daha çoxSabah leysan olacaq, şimşək çaxacaq?
Mayın 19-dan 20-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimalı var”. Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq: “Mülayim şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturunun 21–26 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə isə mayın 20-də yağıntılı hava şəraiti davam edəcək. Şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və dolu düşəcəyi ehtimal olunur. Axşam saatlarında yağıntıların bəzi…
Daha çoxSahibə Qafarova İspaniyada rəsmi səfərdədir
Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfərə gəlib. Bu barədə SİA-ya MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Madrid şəhərinin Barahas Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıb. Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq. Rəsmi səfər mayın 20-də başa çatacaq.
Daha çox“Dezinformasiya ictimai sabitlik üçün təhlükə mənbəyidir”
“Müasir informasiya cəmiyyətində dezinformasiya cəmiyyətin təhlükəsizliyi və ictimai sabitlik üçün ciddi təhlükə mənbəyinə çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib. Onun sözlərinə görə, yayılan dezinformasiyalar cəmiyyəti çaşdırmaq və ictimai rəyi yönləndirmək məqsədi daşıyır: “Dezinformasiya birmənalı şəkildə ictimai rəyi yanıltmağa xidmət edir. Bəzən belə məlumatlar təsirsiz görünsə də, onların qarşısını almaq üçün müəyyən üsullar mövcuddur. Lakin ümumilikdə baxdıqda, bu tip məlumatlar kifayət qədər peşəkar şəkildə hazırlanır və həqiqətə çox yaxın təqdim olunur. Bu da media savadlılığı zəif olan vətəndaşların həmin informasiyalara inanmasına səbəb olur.” Azər Həsrət əlavə edib…
Daha çoxAzərbaycan nümayəndə heyəti Beynəlxalq İqtisadi Forumda iştirak edib
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti “Rusiya-İslam dünyası: Kazan Forum-2025” XVI Beynəlxalq İqtisadi Forumunda iştirak edib. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, builki forum “Rəqəmsallaşma: yeni reallıq və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar” mövzusuna həsr olunub. Kazan Forumunun müxtəlif platformalarında beynəlxalq tərəfdaşlıq, maliyyə və investisiyalar, nəqliyyat logistikası, turizm, təhsil, tibb sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan Baş nazirinin müavini plenar iclasda iştirak edib və Azərbaycanda rəqəmsallaşmanın inkişafı, ölkədə bu sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Səfər çərçivəsində Şahin Mustafayev yüksəkvəzifəli…
Daha çoxBayden xərçəng xəstəliyinin ağır formasına yoluxub
ABŞ-In keçmiş prezident Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. SİA-nın məlumatına görə, bu barədə onun şəxsi ofisinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, xəstəlik 5-ci dərəcəli metastazla onun sümüklərinə keçib. Məlumata əsasən, hazırda Bayden və ailəsi həkimləri ilə birlikdə müalicə variantlarını nəzərdən keçirirlər.
Daha çox