Taksi xidməti ilə bağlı islahatlar: Vəziyyət dəyişib?

Statistikaya əsasən, taksi xidmətindən istifadə edənlərin sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 90 milyon 828,9 min sərnişin taksidən istifadə edib ki, bu da 2023-cü illə müqayisədə 3,5 faiz azdır. Buna səbəb nədir? Vətəndaşlar taksi xidməti ilə bağlı hansı fikirdədirlər? SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA), ekspertdən və paytaxt sakinlərindən açıqlama alınıb. AYNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində aparılan kompleks islahatlar çərçivəsində son 10-11 ay ərzində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Daha çox

Azərbaycan deyəndə qələbələrin yaşandığı dövlət yada düşür

Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və səfər çərçivəsində Prezidentimizin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşlərini izlədikcə qürur duyub, fəxr etdim. Avropa ölkələrinin liderlərinin Prezident İlham Əliyevə yaxınlaşaraq səmimi söhbətlər aparmaları bir daha Azərbaycanın dünyada hökm sürən bir sıra problemlərin həllində, o cümlədən siyasi, enerji, nəqliyyat sahələrində yaranan çətinliklərin aradan qaldırılmasında böyük gücə və imkanlara malik dövlət olduğu təsdiqləndi. Birmənalı şəkildə demək olar ki, keçirilən görüşlər Azərbaycanın Avropa İttifaqı və Avropa ölkələri ilə əlaqələrinin inkişafının növbəti təzahürü idi. Təbii ki, bu əlaqələri yaradan və inkişaf…

Daha çox

Bu şəhərdə Atəşkəs Komitəsi yaradıldı

Birləşmiş Millətlər Təşkilatının Liviyada Dəstək Missiyası (UNSMIL) və Prezident Şurası Tripolidə atəşkəs rejimini qorumaq üçün atəşkəs komitəsi yaradıb. SİA xəbər verir ki, bu barədə UNSMIL-in “X” sosial şəbəkəsində bəyanatında deyilir. “Liviya Ordusunun Baş Qərargah rəisi, general-mayor Məhəmməd əl-Həddadın rəhbərlik etdiyi komitənin yaradılması bütün tərəflərin gərginliyin daha da artmasının qarşısını almaq və öhdəliklərinə əməl olunmasını təmin etmək öhdəliyini əks etdirir”, – nəşr qeyd edir. Missiya həmçinin “dərhal, daimi və qeyd-şərtsiz atəşkəsə” çağırıb. Mayın 12-də Tripolidə şiddətli toqquşmalar başlayıb. Yerli Daxili İşlər Nazirliyi şəhərdə Misrata Briqadasının dəstəklədiyi 44-cü Döyüş Briqadası ilə Təhlükəsizlik…

Daha çox

Vyetnam Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycanda…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir və bir sıra qlobal və regional təşəbbüslərdə fəal iştirak göstərir. Bununla yanaşı, beynəlxalq hüquqi münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə mayın 19-dan 23-dək Bakı şəhərində həmin beynəlxalq təşkilatın Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü keçirilir. Vyetnam Sosialist Respublikasının Baş Prokurorunun müavini Nquyen Quanq Dunqun rəhbərlik etdiyi nümayəndə…

Daha çox

MAXE olmaq istəyənlərlə görüş keçirilib

Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrində müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) qəbul olmaq üçün müraciət edən bir qrup vətəndaşla görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, namizədlərə “Çavuş hazırlığı kursu”nun mahiyyəti, təhsil prosesi və hərbi təhsil müəssisələrinin imkanları barədə ətraflı məlumat verilib. Görüşdə namizədlərə, həmçinin xidmət müddətində mövcud olan imtiyazlar, karyerada inkişaf və gələcəkdə təhsil almaq üçün yaradılan imkanlarla bağlı geniş məlumatlar çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb. Əlavə olaraq bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Sumqayıt, Mingəçevir, Şirvan, Gəncə, Goranboy,…

Daha çox

İsrail Qəzzaya humanitar yardımı bərpa etdi

İsrailin təhlükəsizlik kabineti Qəzza zolağına mövcud kanallar vasitəsilə humanitar yardımın çatdırılmasını dərhal bərpa etmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid İsrailin yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb. “Bazar günü İsrail Təhlükəsizlik Kabineti yeni humanitar yardımın çatdırılması mexanizmi işə düşənə qədər mövcud kanallar vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasını dərhal bərpa etmək qərarına gəlib”, – jurnalist X sosial şəbəkəsində yazıb. Qeyd edək ki, mart ayında İsrail bölgəyə humanitar yardım nəqlini dayandırmışdı.

Daha çox

Gəncədə “Heydər Əliyev məktəbi” layihəsi start götürüb

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihəyə start verilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci və Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 45 nəfər iştirak edir. On seminardan ibarət olacaq məktəbin ilk seminarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Heydər Əliyev və dövlət…

Daha çox

Azərbaycan və İran hərbçilərinin birgə təliminin açılış mərasimi keçirilib

Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan və İran təlim rəhbərləri, eləcə də digər yüksək səviyyəli üzvləri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin, həmçinin hər iki ölkənin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayıb, keçirilən birgə təlimin əhəmiyyətini xüsusi vurğulayıblar. Yüksələn xətlə inkişaf edən…

Daha çox

Rumıniyada prezident seçkilərinin nəticəsi məlum olub

Rumıniyada prezident seçkilərinin ikinci turunun nəticəsi məlum olub. SİA xəbər verir ki, paytaxt Buxarestin meri Nikuşor Dan böyük fərqlə ifrat sağçı namizəd Jorj Simionu qabaqlayıb. 1969-cu ildə Faqaras şəhərində anadan olmuş Dan ixtisasca riyaziyyatçıdır. O, 2 dəfə beynəlxalq olimpiadada qalib olub, 90-cı illərdə Sorbon Universitetində doktorluq dissertasiyası müdafiə edib. Nikuşor Dan aktiv siyasi fəaliyyətdə başlıca olaraq qanunsuz məskunlaşma ilə mübarizəsinə görə yadda qalıb.

Daha çox

Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçiriləcək

Gürcüstanın Xarici İşlər və Mədəniyyət nazirlikləri və Heydər Əliyev Mərkəzi mayın 23-24-də Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bir sıra tədbirlər təşkil edəcək. SİA xəbər verir ki, mayın 23-də Bakıda təşkil ediləcək diplomatik qəbulda Gürcüstandan olan məşhur musiqiçilər Azərbaycanda tanınan kompozisiyalarla çıxış edəcəklər. Bundan başqa, dünyaşöhrətli somelyelər gürcü şərablarının dequstasiyasını keçirəcək, gürcü aşpazlar isə gürcü mətbəxi üzrə ustad dərsləri keçəcəklər. Qonaqlar həmçinin Gürcüstanın ənənəvi zərgərlik məmulatları və geyimlərinin sərgisi ilə tanış ola biləcəklər. Mayın 24-də Heydər Əliyev Mərkəzində simfonik orkestrin, “Music Band” musiqi qrupunun, “Şvidkatsa” ansamblının və məşhur gürcü solistlərin…

Daha çox