Britaniyalı dağ bələdçisi Kenton Kul 19-cu dəfə Everest zirvəsinə qalxaraq, bu zirvəyə ən çox çıxan xarici alpinist, yəni Nepalın yerli dağ bələdçiləri olan şerpalardan olmayan şəxs kimi öz rekordunu yeniləyib. SİA “Independent”ə istinadla xəbər verir ki, 51 yaşlı Kenton Kul bir neçə başqa alpinistlə birlikdə dünyanın ən yüksək zirvəsi olan 8 849 metr hündürlükdəki Everest dağının zirvəsinə qalxıb. İlk dəfə 2004-cü ildə Everestə qalxan Kul həmin vaxtdan bəri demək olar ki, hər il zirvəyə dırmanıb. O, daha əvvəl Everest, Lhotse və Nuptse zirvələrinə ardıcıl qalxaraq bazaya qayıtmadan “Everest üçlüyü”nü tamamlayan…
Daha çoxDay: May 20, 2025
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 19-da bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Daha çoxAvropa Siyasi Birliyi və Azərbaycan
Yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan, dünyada böyük etimad qazanan müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz praqmatik və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə fundamental töhfələr verir, beynəlxalq miqyasda əməkdaşlığın dərinləşməsində və inteqrasiyanın intensiv xarakter daşımasında mühüm rol oynayır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu güclənir, xarici dövlətlərlə münasibətlər əməkdaşlıq və səmimi dostluq prinsipləri əsasında qurulur. Azərbaycanın əməkdaşlıq etdiyi və dostluq prinsiplərinə uyğun olaraq əlaqəsi olan ölkələrdən biri də Albaniyadır. Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammiti artıq sadəcə diplomatik görüş yeri deyil,…
Daha çoxTramp Baydenə qoyulan diaqnoza görə kədərləndi
ABŞ Prezidenti Donald Tramp sümüklərə metastazlarla prostat xərçəngi diaqnozu qoyulan sələfi Co Baydenin tez sağalmasını arzulayıb. SİA xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb. “Melaniya və mən Co Baydenin son tibbi diaqnozundan kədərlənirik. Keçmiş Prezidentin həyat yoldaşı Cillə və ailəsinə ən səmimi arzularımızı çatdırırıq və Coya tezliklə sağalmağı arzu edirik”, – Amerika lideri yazıb. Bayden mayın 9-u Filadelfiya xəstəxanasında köçürülüb və orada prostat vəzində böyümə aşkar edildikdən sonra testlərdən keçib. Mayın 18-də keçmiş prezidentin ofisi bildirib ki, o, sidik ifrazı zamanı simptomlar hiss etməyə başlayandan…
Daha çoxSabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 19-u Abşeron yarımadasında gün ərzində güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Daha çoxPrezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən…
Daha çoxPakistanda bazarda partlayış olub
Pakistanın Qila Abdullah rayonunun Qila Gülistan ərazisində, Sərhəd Korpusunun (SK) qalası yaxınlığında, insanların sıx olduğu bazarda minalanmış avtomobil partladılıb. SİA xəbər verir ki, bu barədə “Samaa” TV məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. Partlayışdan dərhal sonra ərazidə güclü atışma baş verib. Qila Abdullahın komissar müavini Riaz Xan Davar partlayışı təsdiqləyib və bombanın SK düşərgəsinin yaxınlığındakı bazarda saxlanılan avtomobilə qoyulduğunu bildirib. Onun sözlərinə görə, FK-nın şəxsi heyəti və digər təhlükəsizlik qüvvələri partlayışdan xəsarət almayıblar. Yaralılar arasında mülki vətəndaşlar da var və onlar dərhal yaxınlıqdakı…
Daha çoxBəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 19-da bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq, avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Daha çoxElektromobillərin hansı üstünlükləri var?
“Məlumdur ki, elektron nəqliyyat vasitələrinin özünəməxsus xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlər onları iqtisadi baxımdan daha sərfəli və müştərilər üçün cəlbedici edir. Elektron nəqliyyat vasitələrinin əsas üstünlüklərindən biri onların yanacaq sərfiyyatını minimuma endirməsi və ətraf mühitə daha az zərər vurmasıdır. Bu baxımdan onlar ekoloji cəhətdən davamlı nəqliyyat forması kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. Onun sözlərinə görə, lakin, bu texnologiyanın bəzi çatışmazlıqları da mövcuddur: “Xüsusilə, batareyaların istehsalı və utilizasiyası ilə bağlı ekoloji problemlər, eləcə də bu vasitələrin texniki xidmətinin məhdud olması bəzi çətinliklər yaradır. Ehtiyat hissələrinin asanlıqla…
Daha çoxBakıda Komitənin Onuncu Görüşü Keçirilir
Bu gün, mayın 19-da Azərbaycan Respublikası Prokurorluğu və BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə Bakı şəhərində GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Onuncu Görüşü keçirilir. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən mühüm nailiyyətlərə toxunub. Baş prokuror, bu sahədə riskləri minimallaşdırmaqla vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaları özündə cəmləyən Asan xidmət modelini, Korrupsiyaya…
Daha çox