Rusiya prezident seçkilərinə müdaxilə edib

Rumıniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Çernya ölkədə keçirilən prezident seçkilərinin ikinci turuna Rusiyanın müdaxilə etdiyini bildirib. SİA xəbər verir ki, rəsmi şəxs bu barədə “X”dəki səhifəsində yazıb. “Rumıniyada davam edən prezident seçkiləri zamanı biz yenidən Rusiyanın müdaxilə əlamətlərini görürük”, – Çernya bildirib. Onun sözlərinə görə, seçki prosesinə təsir göstərmək üçün teleqram messencerində yalan xəbərlər kampaniyası başlanıb. Qeyd edək ki, mayın 18-də Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. Yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə saat 20:00) olan məlumata görə, 9 milyondan çox insan səs verib ki, bu da adları…

Daha çox

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti mayın 19-u gündüzdən 20-si səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Xidmətdən SİA-ya bildirilib ki, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Gədəbəy, Göygöl, Qazax, Beyləqan, Salyan, İmişli, Sabirabad, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Kürdəmir, Zərdab, Ucar, Saatlı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, Qusar, Quba, İsmayıllı, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara və Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti…

Daha çox

Kanada bəzi ABŞ malları üçün gömrük rüsumunu ləğv edib

Kanada bəzi ABŞ-dan idxal edilən bəzi mallara gömrük rüsumunu müvəqqəti ləğv edib. SİA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni məlumat verib. Hökumət başçısı bildirib ki, siyahıda qablaşdırma, sənaye və əczaçılıq məhsulları yer alır. Bununla belə, hökumət rəsmiləri ABŞ-dan idxal edilən məhsulların 70 faizə qədərinin yüksək vergiyə cəlb olunduğunu da qeyd ediblər.

Daha çox

Həftənin ilk günü hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bununla belə, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış…

Daha çox

“28 May Respublika Günü bu il də milli bayram kimi qeyd edilir”

“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib. Onun sözlərinə görə, müstəqil, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı: “Onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Təəssüf ki, 1920-ci illərdə Rusiyanın işğalı müstəqilliyimizə son qoydu. Nəhayət, 20-ci əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider…

Daha çox

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi,…

Daha çox

İki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub

Türkiyənin Afyonkarahisar vilayətində Türkiyə və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı mövzusunda panel müzakirələr keçirilib. SİA xəbər verir ki, tədbir çərçivəsində Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun iştirakı ilə ölkəmizin investisiya mühiti, xarici investorların istifadə etdiyi geniş imkanlar barədə ətraflı məlumat təqdim edilib. Məşhur jurnalist Sezer Küçükkurtun moderatorluğu ilə keçirilən müzakirələrin iştirakçıları qardaş ölkələr arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi istiqamətində ideya və təşəbbüslər səsləndiriblər. Anadolu sahibkarları və investorları qarşısında Azərbaycanın Türkiyədəki Ticarət nümayəndəliyinin baş müşaviri Cavid Abdullayev, Afyonkarahisar Ticarət və Sənaye Palatasının (ATSO) İdarə Heyətinin sədri Mustafa Ali Çelikten və “Artuk” şirkətlər qrupunun…

Daha çox