Bəzi detallar açıqlanır… …İtaliya, Almaniya, Finlandiya liderləri və Avropa Komissiyasının sədri mayın 19-da axşam ABŞ prezidenti Donald Trampla onun Rusiya lideri Vladimir Putinlə telefon danışığını müzakirə ediblər. Almaniya kansleri Fridrix Merz özünün X səhifəsində ictimaiyyəti əmin edib ki, o, Ukraynaya yardım göstərməyə və eləcə də onun başlatdığı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək. …Avropa və Amerika burada çox birləşib: Biz Ukraynanı atəşkəsə gedən yolda yaxından müşayiət edəcəyik. Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq. Putinlə danışıqlardan sonra ABŞ prezidenti ilə bu barədə razılığa gəldik. SİA-nın məlumatına…
Daha çoxDay: May 20, 2025
Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 5-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 6 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 1 torpaq sahəsi, 2 avadanlıq və 3 nəqliyyat vasitəsidir. Əmlakların start qiyməti 7 360 – 32 800 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir. Sifarişlər mayın 30-na qədər qəbul olunacaq.
Daha çoxİnzibati xəta haqqında qərarların elektron informasiya sisteminə daxil edilməsi qaydaları dəyişir
İnzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar barəsində məlumatlar 24 saat müddətində elektron informasiya sisteminə daxil ediləcək. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, informasiya sisteminə aşağıdakı məlumatlar əlavə ediləcək: – inzibati xəta törətmiş şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi),…
Daha çox“Sahibkarların Rusiya daxilində yeni bazarlara çıxışı təmin olunur”
“Rusiya Federasiyasında kiçik biznes sektorunu tənzimləyən qurumun nümayəndəsi olaraq, Rusiya kiçik sahibkarlıq subyektlərinin maraqlarını təmsil edirəm. Biz müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların bacarıqlarının inkişafı istiqamətində aktiv fəaliyyət göstəririk. Bu fəaliyyətlərə güzəştli kreditlərin təqdim olunması, zəmanət mexanizmlərinin yaradılması, maarifləndirmə tədbirləri və sahibkarlıq təşəbbüslərinin stimullaşdırılması daxildir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Rəqəmsal və Qlobal Dəyər Zəncirləri üzrə Beynəlxalq Əməkdaşlıq üzrə Layihə Qrupunun Rəhbəri (Rusiya Kiçik və Orta Biznes Korporasiyası ASC) Pavel Kondraşov…
Daha çoxAlmaniyadan İspaniyaya gedən təyyarə 10 dəqiqə pilotsuz uçuş edib…
Təyyarədə 200-ə yaxın sərnişin olub… …Lufthansa-nın Frankfurt-Sevilya reysi ilə uçan 200-ə yaxın sərnişin, hər iki pilot nəzarətdə olmadan təxminən 10 dəqiqə uçub. SİA-nın məlumatına görə, bu barədə “The Washington Post” İspaniyanın aviasiya hakimiyyətlərinə istinadən yazır. …Hadisə 2024-cü il fevralın 17-də baş verib, lakin qəzanın təfərrüatları yalnız may ayında dərc edilib. İspaniya rəsmilərinin bildirdiyinə görə, birinci pilot tualetə gedərkən, ikinci pilot “diaqnoz qoyulmamış nevroloji vəziyyət”lə bağlı qıcolma keçirib. …Paddle Your Own Kanoo, ikinci pilotun ürək xəstəliyi ilə bağlı qıcolma keçirdiyini bildirib. Buna görə o, kabin qapısını bağlayaraq…
Daha çoxOnlayn formada kəbin kəsdirmək nə dərəcədə düzgündür?
“Son vaxtlar bəzi insanlar onlayn platformalar üzərindən dini nikah (kəbin) bağlayır. Bu hal nə dərəcədə düzgündür? Bu məsələ həm dini, həm hüquqi, həm də sosial baxımdan ciddi müzakirə tələb edir. Onlayn formada yəni görüntülü zəng vasitəsilə ruhani tərəfindən nikah kəsilməsi, bəzi hallarda şəriətə uyğun hesab oluna bilər, amma burada fikir ayrılığı böyükdür”. Bu sözləri SİA–ya açıqlamasında Neftçala şəhəri “Sahib Əzzaman” məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib. Onun sözlərinə görə, İslamda nikahın əsas şərtləri var: tərəflərin razılığı, şahidlərin iştirakı, mehrin müəyyən olunması və nikahın elan olunması: “Əgər bunlar…
Daha çoxAzərbaycanda müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulur
Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar. SİA xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik olunması təklif edilir. Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb. İclasda bildirilib ki, qanun layihəsi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə…
Daha çox“”İnformasiya Vətəni”nin keşikçiləri, onu qoruyan əsgərləri jurnalistlərdir”
“Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncam və tədbirlər planı əslində milli bayrama çevriləcəkdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, nəticə etibarilə hər bir ölkənin milli mətbuatı onun ən intellektual institutlarından biridir: “Cəmiyyəti maarifləndirən institutdur. İctimai rəyin, ictimai şüurun keyfiyyətini təyin edir. Eyni zamanda milli enerjini milli məqsədlər uğrunda səfərbər edə bilir. Mətbuatın çoxsaylı funksiyaları ilə bərabər bir funksiyası da dediyimiz məsələlərdir. Bu isə bir millətin inkişafı üçün çox mühüm platforma yaradır. Ona görə də, daima Azərbaycan Prezidenti tərəfindən Azərbaycan mediasına diqqət…
Daha çoxTələbə qız Rusiyadan qaçmağa cəhd edərkən saxlanılıb…
“Azov”u maliyyələşdirməkdə ittiham olunan Polina Kostikova Moskva istintaq təcridxanasına göndərilib …Federal magistrallardan birində həbs olunmazdan əvvəl o, ev dustaqlığında idi. İstintaq onu Rusiyada terrorçu kimi tanınan təşkilatlara maliyyə dəstəyi verməkdə ittiham edir. SİA-nın məlumatına görə, Moskvanın Ostankino Rayon Məhkəməsi terror təşkilatında iştirakda ittiham etdiyi tələbə Polina Kostikovanın həbs-qətimkan tədbirini dəyişib. Kostikova əvvəlcə ev dustaqlığında idi, lakin o, Rusiyanı tərk etməyə cəhd etdiyi üçün 2025-ci il iyunun 4-dək istintaq təcridxanasında saxlanılacaq. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs mayın 15-də yaşadığı yeri tərk edərək Rusiya-Gürcüstan sərhədini keçməyə cəhd…
Daha çoxAzərbaycanda dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilir
Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesi sadələşdirilir. SİA xəbər verir ki, bununla bağlı “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik olunması təklif edilir. Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.
Daha çox