“Reaksiyalar tərbiyənin güzgüsüdür”

“Uşaqların tərbiyəsində ən təsirli üsullardan biri reaksiyadır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, valideyn və ya müəllim kimi verdiyimiz hər reaksiya uşağın beynində bir siqnal yaradır: “bu düzgündür” və ya “bu səhvdir”: “Amma reaksiyanın təkcə mövcudluğu yox, forma və məzmunu tərbiyənin istiqamətini müəyyənləşdirir. Zəif qiymət alan şagirdə necə reaksiya vermək lazımdır? Uşaq zəif qiymət alanda çox vaxt cəza, danlaq və ya müqayisə ilə qarşılaşır. Bu isə uşağın daxili motivasiyasını zəiflədir, qorxu və özünə inamsızlıq yaradır. Halbuki bu an uşağın ən çox dəstəyə ehtiyacı olan…

Daha çox

Azərbaycan və Albaniya ali audit üzrə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Hesablama Palatası ilə Albaniyanın Ali Audit Orqanı arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə SİA Hesablama Palatasına istinadən xəbər verir. Bildirilib ki, sənəd palatanın sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Albaniyanın paytaxtı Tiranaya səfəri çərçivəsində imzalanıb. Səfər Albaniya Ali Audit Orqanının (AAO) yaradılmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak məqsədi daşıyır. Tədbir çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Albaniya AAO-nun rəhbəri Arben Şehu arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Arben Şehu hər iki qurum arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. İmzalanan Anlaşma Memorandumu data analitikası, institusional potensialın…

Daha çox

İnzibati xətaya görə elektron sistemə 24 saat ərzində məlumat daxil edilməzsə, şəxs məsuliyyətə cəlb olunmayacaq

İnzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və…

Daha çox

Böyük Britaniya Rusiyanın bu birjasına sanksiyalar tətbiq etdi

Böyük Britaniya Sankt-Peterburq Valyuta Birjasına qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Rusiya ticarət platformasına əlavə olaraq, məhdudiyyətlər Əmanətlərin Sığortalanması Agentliyinə, eləcə də Kremlə sanksiyalardan yayınmağa kömək etdiyi iddia edilən 44 maliyyə institutuna təsir göstərib. “Bu yeni sanksiyalar Rusiya iqtisadiyyatını daha da təcrid edəcək və Rusiyanın gəlir mənbələrini pozacaq”, – departament vurğulayır. Avropa ölkəsi maliyyə institutlarına qoyulan məhdudiyyətlərlə yanaşı, Rusiya nefti daşıyan 18 gəmiyə, Rusiyanın kölgə donanması üçün gəmilər almış Britaniya vətəndaşı Con Maykl Ormerod və iki Rusiya…

Daha çox

Bakıda məktəb və uşaq xəstəxanasının yaxınlığında yeni nəsil svetaforlar quraşdırılıb

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxt ərazisində yerləşən təhsil müəssisələri və xəstəxanaların yaxınlığında olan yollarda monitorinqlər keçirirlər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya bildirilib ki, keçirilən növbəti tədbirlər zamanı piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq, Bakının Suraxanı rayonunda 87 nömrəli tam orta məktəbin və 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının yaxınlığında yeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada svetoforları və bölmələri quraşdırılıb. Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsinin Tofiq Bayram və Əli Əskərov küçələri ilə kəsişməsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə ümumilikdə 16 piyada svetoforu və bölməsinin…

Daha çox

“Ən yaxşı kommersiya bankı 2025”

Kapital Bank kommersiya bankçılığı sahəsindəki uğurları və innovativ yanaşması ilə daha bir beynəlxalq mükafata layiq görülüb. Bank, nüfuzlu “International Investor” jurnalı tərəfindən “Ən yaxşı kommersiya bankı 2025” (“Best Commercial Bank Azerbaijan 2025”) nominasiyası üzrə qalib elan edilib. Bu mükafat Kapital Bank-ın kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək performansın, müştəri yönümlü yanaşmanın və dayanıqlı böyümənin beynəlxalq səviyyədə növbəti təsdiqidir. Böyük Britaniyada nəşr olunan “International Investor” jurnalı maliyyə sektorunda innovasiya, liderlik və qabaqcıl təcrübələri ilə seçilən qurumları təqdim edən qlobal platformadır. Kapital Bank-ın bu mükafata layiq görülməsi onun kommersiya bankçılığı sahəsindəki strateji inkişafını…

Daha çox

İlham Əliyevin Macarıstana səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Budapeştə işgüzar səfərə gəlib. SİA-nın verdiyi xəbərə əsasən, Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox

20 ilin əzmi, məsuliyyəti və nəticəsi

Dövlət o vaxt güclü olur ki, ətrafında birləşən strukturlar üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, dövlətə və dövlətçiliyə öz töhfəsini verə bilir. Nəzərə alsaq ki, vətəndaş məmnunluğu da dövləti gücləndirən amillərdən biridir, bu zaman həmin qurumlar ikiqat məsuliyyət daşıyır. Bu il yaradılmasının 20 ili tamam olan Fövqəladə Hallar Nazirliyi ötən dövr ərzində icra etməli olduğu vəzifələri daim böyük əzm və məsuliyyətlə həyata keçirməklə dövlətə sadiqlik nümayiş etdirmiş, yaranan və yarana biləcək təhlükələrdə vətəndaşın xilaskarı olduğunu göstərmişdir. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi…

Daha çox