Bu gün Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Moldovanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. SİA EMTA-ya istinadən xəbər verir ki, memorandum ANRE-nin baş direktoru Aleksey Taranın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin baş direktoru Aleksey Taran imzalayıblar. Anlaşma memorandumu ikitərəfli və regional enerji bazarının tənzimlənməsi məsələləri üzrə birbaşa dialoq qurmaq və inkişaf etdirmək, regional enerji bazarına təsir edən təcili və ya fövqəladə hallar zamanı səmərəli məlumat mübadiləsini…
Daha çoxDay: May 20, 2025
Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul…
Koreya Respublikasının paytaxtı Seulda Azərbaycanın bu ölkədəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Koreya Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının məsul şəxsləri, ictimai-siyasi, işgüzar, elmi, mədəni dairələrin, mətbuatın təmsilçiləri, diplomatlar, Azərbaycan diasporunun fəalları və Koreyada təhsil alan azərbaycanlı tələbələr iştirak edib. Ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov 107 il əvvəl xalqımızın dövlət müstəqilliyini əldə etməsi barədə danışıb, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, dünyəvi və mütərəqqi dövlətçiliyin bərqərar olması üçün atdığı addımları, mövcud olduğu cəmi 2 ildə…
Daha çoxÖrtüklü istirahət yoxsa açıq istirahət?
Ölkəmizə hər il yüzlərlə, minlərlə turist axını olur. İstər Avropa ölkələri olsun, istər Asiyadan gələn turistlər olsun, istərsədə Ərəbistan yarımadasından və İrandan gələn turistlər hər zaman Azərbaycana maraq göstərib. Lakin Ərəbistan və İrandan gələn turistlərdə hər zaman bir hal müşahidə olunur. Öz ölkələrində sərbəst və rahat ola bilməyən turistlər buarada özlərini çox rahat və sərbəst aparır və qadınları orada məcburi taxdığı baş örtülərini buarada açırlar. Bu mövzu ilə bağlı SİA-da paytaxt sakinlərinin fikrlərini öyrənməyə çalışıb. Şəhər sakini Arifə Məhiyyədinova: “Mənim fikrimcə, gələn o turistlərin davranışı özlərindən asılıdır. Orada olan rejim…
Daha çoxTHY 92-ci ildönümünü qeyd edib
Türk Hava Yollarının (THY) 20 may 1933-cü ildə cəmi 5 təyyarə ilə “butik” bir hava yolu şirkəti kimi başlayan fəaliyyəti, 92-ci ilində 479 təyyarə və 131 ölkədə 356 istiqamətə uçuşla “dünyada ən çox ölkəyə uçan hava yolu” olaraq zirvəyə doğru irəliləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, THY-nin baş direktoru Bilal Ekşi sosial şəbəkə hesabında qurumun ildönümü ilə bağlı paylaşım edərək, şirkətin təyyarə parkının böyüklüyünə görə dünyada 9-cu yerə yüksəldiyini vurğulayıb. O, paylaşımında bildirib: “20 may 1933-də başlayan bu aviasiya yolu sabit addımlarla zirvəyə doğru davam edib. 2003-cü ildə…
Daha çoxZəhərli ilanları necə tanıyaq?
Amerika Birləşmiş Ştatlarının bir ucundan o biri ucunadək, zəhərli ilanlar müxtəlif yaşayış mühitlərində mövcuddur. Bu ilanlar adətən tək yaşayırlar, lakin bəzən sizin mülkünüzə və ya evinizə daxil ola bilərlər ki, bu da siz və ailəniz üçün ciddi təhlükə yarada bilər. Zəhərli ilanları tanımağı öyrənmək evinizi təhlükəsiz saxlamağa kömək edə bilər. SİA mövzu ilə bağlı araşdırma aparıb. “Zəhərli” nə deməkdir? Bir çox heyvanlar zəhər (toksin) istehsal edir və bunu dişləmə və ya sancma yolu ilə digər canlılara ötürürlər. Zəhərli canlılar deyəndə ağlınıza ilk olaraq ilanlar gələ bilər, çünki bəzi ilanlar dişlədikdə…
Daha çox“Yaşıl transformasiyasının əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbirləri aparılacaq”
“Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər), iqlim dəyişiklikləri ilə mübarizə, təmiz enerji və enerji səmərəliliyinin artırılması sahələrini əhatə edir. 2016-cı ildə qüvvəyə minmiş Paris Sazişi isə bütün ölkələrin istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün birgə fəaliyyət göstərmələri öhdəliyini özündə ehtiva edir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı KOSGEB KOM Mütəxəssisi Emre Gürleyik video – görüntü formatında deyib. Onun sözlərinə görə, 2019-cu…
Daha çoxCərimələr 10 gün ərzində ödənilərsə, güzəşt tətbiq ediləcək
Bir sıra inzibati xətalara görə cərimələrin ödənilməsinə güzəştlər təklif olunur. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal…
Daha çoxİsveç uşaqlıq boynu xərçənginə qalib gələn ilk ölkə ola bilər
İsveçdə hər il təxminən 530 qadın uşaqlıq boynu xərçəngindən əziyyət çəkir və hər üç gündə bir qadın ölür. SİA xəbər verir ki, hazırda İsveçin dünyada xərçəngin bu növünü tamamilə aradan qaldıran ilk ölkə olmaq şansı var. Xəstəliyə insan papilloma virusu (İPV) səbəb olur ki, bu virus hər il 1100-ə yaxın müxtəlif növ xərçəngə səbəb olur. Bunun da 500-dən çoxu uşaqlıq boynu xərçəngidir. Xəstəliyi dayandırmaq üçün İsveçdə genişmiqyaslı peyvənd proqramına başlanılıb. Bu il iyunun 30-dək 1994-1999-cu il təvəllüdlü qadınlar İPV-yə qarşı pulsuz peyvənd oluna bilərlər. Hazırda tələb olunan minimum 70 faizin…
Daha çoxPərdələriniz qar kimi ağ olacaq! Saralmış və çirklənmiş pərdələri təmizləməyin sirləri
Evlərimizin həm görünüşünə estetik qatqı verən, həm də məxfiliyi təmin edən pərdələr zamanla həm iç, həm də çöl tərəfdən toz və kir yığır. SİA xəbər verir ki, xüsusilə ağ rəngli pərdələr daha tez çirklənir və saralır. Onları yenidən ilk günkü təmizliyinə qaytarmaq üçün bəzi təbii üsullardan istifadə etmək mümkündür. Mütəxəssislər tərəfindən tövsiyə edilən bu təbii təmizlik metodları pərdələrin dərinliyinə hopmuş çirkləri təmizləyərək onları yenidən ağardır. Budur pərdələri ağartmağın təbii və effektiv yolları: 1. Limon və karbonat: Limonun turşusu və karbonatın təmizləyici xüsusiyyəti birlikdə pərdələrdəki ləkə və sarılığı aradan qaldırır. Bunun…
Daha çox“Çində transsərhəd e-ticarət bazarı dinamik şəkildə inkişaf edir”
“Çin, ətrafındakı 120-dən çox şəhərlə birlikdə 165 transsərhəd e-ticarət üzrə rəqabətqabiliyyətli mərhələ müəyyən etmişdir. Bu, Çini dünyanın ən böyük transsərhəd e-ticarət mərkəzlərindən birinə çevirmişdir. Bu prosesdə Polşa kimi ölkələr də iştirak edir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı CICA Biznes Şurasının Çin ofisinin direktoru, İnvestisiyaların Təşviqi Departamentinin direktoru Sheng Guofei video- görüntü formatında deyib. Onun sözlərinə görə, Çinin Ticarət Nazirliyi daxil olmaqla doqquz hökumət strukturu transsərhəd e-ticarətin təşviqinə dəstək verir: “Onlar…
Daha çox