Qərarlara nəzarət üçün “İCMAL” elektron informasiya sistemi yaradılır

Azərbaycanda inzibati xətalar üzrə cərimələrə və tənbeh tədbirlərinə nəzarət üçün “İCMAL” elektron informasiya sistemi yaradılır. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Məcəlləyə əlavə edilən 45-1-ci məddəyə əsasən, inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanan və köçürülən hissəsinə…

Daha çox

Qazaxıstan iyulda avrobond buraxacaq…

…Qazaxıstan bu ilin iyul ayında ölkənin əlavə investisiya cəlb etmək və beynəlxalq bazarlarda maliyyə sabitliyini gücləndirmək istəyini əks etdirən avrobondlar buraxmağı planlaşdırır. SİA-nın məlumatına görə, hökumət rəsmilərinin bəyanatları göstərir ki, hazırlıq mərhələsi artıq başa çatıb və məsələyə mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsinə, iqtisadi inkişafın və milli proqramların dəstəklənməsinə kömək edəcək əhəmiyyətli vəsaitlərin cəlb edilməsi daxildir. Bu addım xarici iqtisadi vəziyyət, artan daxili tələb və ölkənin maliyyə müstəqilliyi səviyyəsini artırmaq istəyi ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, iyul ayında avrobondların yerləşdirilməsi Qazaxıstanın iqtisadi siyasətinə və dövlət borcunu effektiv idarə etmək qabiliyyətinə inamı…

Daha çox

“Qadının əmək fəaliyyəti ailə ilə uzlaşmalıdır”

“Ailə sosial bir birlikdir və ənənəvi olaraq qadın və kişidən ibarət olur”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, fərqli cəmiyyətlərdə ailənin quruluşu, qadın və kişinin hüquq və vəzifələrinə yanaşmalar müxtəlif olsa da, bir həqiqət var ki, qadınlar və kişilər hər zaman çalışmışlar. Zaman-zaman ailədə qadın və kişinin roluna yanaşmaların fərqli olması inanc və mental dəyərlərə görə dəyişmişdir. İbtidai icma quruluşunda da kişilər ov edər, qadınlar isə uşaqlara baxıb yemək hazırlamaqla məşğul olardılar. Bu gün də qadınların işlədiyi bir dövr mövcuddur,…

Daha çox

“Elektromobillərin istismarı zamanı yanacaq xərcləri azalır”

“Əvvəlcə elektromobillərin mənfi təsirləri ilə bağlı kifayət qədər geniş ictimai qənaət formalaşmayıb. Lakin bu sahədə bəzi problemlərin artıq müşahidə olunduğunu demək mümkündür. Xüsusilə elektromobillərin enerji tələbatının artması nəticəsində dolayı yolla ətraf mühitin çirklənməsi və digər potensial risklər diqqətdən qaçmamalıdır. Bu səbəbdən elektromobillərin mənfi cəhətlərinin də elmi müstəvidə araşdırılması və qiymətləndirilməsi vacibdir. Bununla yanaşı, istifadəçi baxımından müsbət tərəflər barədə də danışmaq mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib. Onun sözlərinə görə, elektromobillərin müsbət təsirləri kontekstində qeyd edə bilərik ki, Azərbaycan da 2030-cu ilə qədər atmosferdəki karbon…

Daha çox

Protokol və qərarların “İCMAL” informasiya sisteminə ötürülməsi qaydası

İnzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) yeni yaradılacaq “İCMAL” informasiya sisteminə ötürülmə qaydası müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, səlahiyyətli orqanın informasiya sisteminə daxil edilmiş inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatlar dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara (qərardada) “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal…

Daha çox

Rusiya hərbçiləri Suriya silahlıları tərəfindən hücuma məruz qalıb

Suriya silahlıları Xmeymim aviabazasının yaxınlığında rus hərbçiləri ilə atışmaya başlayıb. SİA xəbər verir ki, müvafiq kadrları ərəbdilli NAYA Telegram kanalı yayıb. …Cəbla şəhərindəki Xmeymim bazası ərazisində Suriya lideri Əbu Məhəmməd əl-Culani yaraqlıları ilə Rusiya ordusu arasında toqquşmalar gedir. Bunu nəşr yazır. Bundan əvvəl Lenta.ru-ya məlum olub ki, Suriyanın dinc ələvi əhalisi hakimiyyətə gələn islamçıların həyata keçirdiyi repressiyalardan Rusiyanın Xmeymim aviabazasına sığına bilib. Əli Babayev

Daha çox

Dövlət Agentliyi 4 ayda 20 inzibati xətaya dair protokol tərtib edib

Bu ilin yanvar-aprel aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 20 inzibati xəta ilə bağlı protokol tərtib edib. SİA xəbər verir ki, bu protokollardan 14-ü hüquqi, 6-sı isə fiziki şəxslər barədə olub. İstehlakçıların malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair az miqdarda aldadılmasına görə 13 inzibati protokol hazırlanıb. İstehlakçının hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə 2 protokol tərtib olunub. Dərman vasitəsinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətdən baha qiymətə…

Daha çox

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq. SİA xəbər verir ki, bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarına dəyişiklik təklif olunur. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək. Qüvvədə olan qanunvericiliyə görə isə müvafiq ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabına həyata keçirilirdi.

Daha çox

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı

“Huma Quşu” təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi “Qızların STEM-də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub. Qeyd edək ki, layihə Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində qalib gəlmiş sosial təşəbbüslərdən biridir. Təqaüd proqramının ilkin mərhələsində 5 tələbənin dəstəklənməsi nəzərdə tutulsa da, iştirakçıların yüksək bilik və potensialı nəzərə alınaraq “Huma Quşu” Fondu tərəfindən əlavə 5 tələbəyə də təqaüd ayrılıb. Layihənin əsas məqsədi informasiya texnologiyaları və kommunikasiya sahələrində təhsil alan gənc qızların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların bu…

Daha çox

Yeni yaradılacaq Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin mənbəyi müəyyənləşir

Yeni yaradılacaq Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin mənbəyi müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna yeni maddənin əlavə edilməsi təklif olunur. Dəyişikliyə əsasən, aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür: – icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “Icra haqqında” Qanunun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait; – cərimə…

Daha çox