20 ilin əzmi, məsuliyyəti və nəticəsi

Dövlət o vaxt güclü olur ki, ətrafında birləşən strukturlar üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, dövlətə və dövlətçiliyə öz töhfəsini verə bilir. Nəzərə alsaq ki, vətəndaş məmnunluğu da dövləti gücləndirən amillərdən biridir, bu zaman həmin qurumlar ikiqat məsuliyyət daşıyır. Bu il yaradılmasının 20 ili tamam olan Fövqəladə Hallar Nazirliyi ötən dövr ərzində icra etməli olduğu vəzifələri daim böyük əzm və məsuliyyətlə həyata keçirməklə dövlətə sadiqlik nümayiş etdirmiş, yaranan və yarana biləcək təhlükələrdə vətəndaşın xilaskarı olduğunu göstərmişdir. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi…

Daha çox

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mayın 20-də Azərbaycanda səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Manninonu qəbul edib. SİA xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Baş Qərargah rəisi Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin peşəkar hərbi kadr potensialının artırılmasına xidmət etdiyini vurğulayıb. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-polkovnik S.Mannino hərbi kursların, ixtisasartırma proqramlarının təşkili, eləcə də mütəxəssis hazırlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini…

Daha çox

Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası öz işinə başlayıb

Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilir. SİA xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən rəsmi şəxslər iştirak edir. Tədbirin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır. AQEM-in Biznes Şurasının Plenar İclasında KOB-ların inkişafını təşviq edən əsas məsələlər…

Daha çox

Britaniya kralı İlham Əliyevi təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan xalqına milli bayramınız münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq. Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər. Həyat yoldaşım və…

Daha çox

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Mayın 21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Samux, Ağstafa, Göyçay, Zaqatala, Şəki, Qax, Balakən, Oğuz, İsmayıllı, Şirvan, Şamaxı, Ağsu, Qəbələ, Saatlı, Sabirabad, Ağdaş, Ucar, İmişli, Kürdəmir, Neftçala, Salyan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Yevlax, Bərdə,…

Daha çox

ASCO-nun “Nəsimi” tankeri təmir edilib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Nəsimi” tankerinin tərsanə təmiri başa çatıb. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir işləri qısa müddətdə həyata keçirilib və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Məlumata əsasən, təmir zamanı tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı, eləcə də gövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib. Həmçinin tankerdə rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib. Nasaz vəziyyətdə olan ehtiyyat hissələr yenisi ilə əvəz olunub.…

Daha çox

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, mətndə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik. Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk”.

Daha çox

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan investorlar investisiya layihələrində iştirak baxımından Şimali Qafqaz Federal Dairəsinin regionlarına maraq göstərirlər. SİA xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib. O xatırladıb ki, ötən il Çeçenistanda keçirilən Qafqaz İnvestisiya Forumuna 33 ölkədən nümayəndə heyətləri gəlib. “Biz ərəb ölkələri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Azərbaycan tərəfindən marağı görürük. Yəni yaxınlıqda olan qonşular. Bu, təkcə turizmə deyil, həm də kənd təsərrüfatına, sənayenin inkişafına müxtəlif sektorlara qoyulan sərmayədir”, – deyə baş nazirin müavini qeyd…

Daha çox

Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. SİA xəbər verir ki, Türkiyənin dörd bir yanı əsl cənnəti xatırladır. Türkiyənin gizli cənnəti deyəndə çoxlarının ağlına müxtəlif turistik məkanlar gəlir. Amma bu yazımızda çoxları üçün kəşf edilməmiş Türkiyənin ən gözəl yeri sayılan yerləri sizə təqdim edəcəyik… 1.Narlıgöl Aksaray Aksarayın Niğde ilə sərhəddində yerləşən, Acıgöl kimi də tanınan Narlıgöl Türkiyənin gizli cənnətləri arasındadır. Onun kalsium, natrium və bikarbonatla zəngin şəfalı suyunun müxtəlif xəstəliklərə xeyirli olduğu deyilir. İllər keçdikcə suyun səviyyəsinin azalması ilə ürək şəklini alan…

Daha çox

“KOB-lar iqtisadiyyatımızın onurğa sütununu təşkil edir”

“Bu ilin fevral ayında Bakıda cənab Orxan Məmmədovla keçirdiyimiz görüş zamanı, Biznes Şurası çərçivəsində KOB-ların rəqəmsallaşdırılmasına dəstək, yaşıl iqtisadiyyata keçid və qadın sahibkarlığının təşviqi ilə bağlı təşəbbüsləri müzakirə etdik. Bu məsləhətçi orqan, KOB-ların, assosiasiyaların və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək, bu mühüm iqtisadi hədəflərin reallaşmasında təməl rol oynayacaq”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Yaratma Tədbirləri üzrə Konfransın (CICA) Baş katibi, səfir Kayrat Sarıbay deyib.…

Daha çox