Kral Çarlz Co Baydenə xərçəng diaqnozu ilə bağlı dəstək məktubu göndərib

Böyük Britaniya Kralı III Çarlz prostat xərçəngi diaqnozu qoyulan ABŞ-ın sabiq Prezidenti Co Baydenə dəstək məktubu ünvanlayıb. SİA “Independent”ə istinadla xəbər verir ki, hazırda özü də xərçəngdən müalicə alan Kral Çarlz, Baydenin diaqnozu ilə bağlı açıqlamadan sonra ona ən xoş arzularını çatdırıb. Kral və Baydenin münasibətləri çox səmimi kimi xarakterizə olunur. Onlar sonuncu dəfə 2023-cü ilin iyul ayında Vindzorda çay süfrəsi və ikitərəfli danışıqlar çərçivəsində görüşüblər. Qeyd edək ki, Co Bayden 2022-ci ildə Kraliça II Elizabetin dəfn mərasimində iştirak edib. Bundan əvvəl isə, 2021-ci ildə Qlazqoda keçirilən COP26 sammiti zamanı,…

Daha çox

Bitki südünə maraq niyə artıb?

“Son illərdə insanlar arasında sağlam qidalanma və həyat tərzi meylləri dəyişdikcə, ənənəvi inək südünə alternativ olan bitki mənşəli süd məhsullarına maraq da sürətlə artmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib. Dietoloq sözlərinə belə davam edib: “Bu marağın artmasının bir neçə əsas səbəbi var: Laktoza qarşı dözümsüzlük və həzm problemləri İnsanların əhəmiyyətli bir hissəsində laktoza dözümsüzlüyü müşahidə olunur. Bu, süd şəkəri olan laktozanın həzminin çətinləşməsi ilə bağlıdır. Laktozaya həssas olan insanlar üçün badam, yulaf, düyü və soya südü daha yaxşı həzm olunan və şişkinlik yaratmayan alternativlərdir. Vegan və bitki…

Daha çox

“Əsas prioritet istiqamət yaşıl iqtisadiyyatdır”

“Biznesin qeydiyyatı, tənzimləyici çərçivələr, maliyyələşdirmə və investisiya imkanları bu təlimat kitabçasında əsas mövzulardan biridir. Lakin onun tam potensialına çatması üçün CRICA-ya üzv bütün ölkələrin töhfə və təcrübələri ilə daha da zənginləşdirilməsi zəruridir. Üzv ölkələrin təcrübələri, uğurlu nümunələri və tövsiyələri bu vəsaiti regiondakı sahibkarlar və ümumilikdə sahibkarlıq fəaliyyəti üçün daha əhatəli və faydalı bir resursa çevirəcəkdir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə…

Daha çox

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə keçirilir

Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. SİA xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma),…

Daha çox

“Qazaxıstan yüksək texnoloji potensiala malikdir”

“Elektron Ticarət Şurası qarşılıqlı etimadın gücləndirilməsi, yeni biznes əlaqələrinin qurulması və elektron ticarətin inkişafı və inteqrasiyası yollarının axtarışı kimi ortaq məqsədlərlə bir araya gəlmiş aparıcı ekspertləri və sahibkarları birləşdirir”. SİA xəbər verir ki, bunu KOBİA-nın və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar iclası zamanı Qazaxıstan Beynəlxalq Ticarət Palatasının İdarə Heyətinin Sədri, İdarə Heyətinin Üzvü – “Atameken” MSK Rəyasət Heyəti Sədrinin Sənaye Kooperasiyası və Qlobal Dəyər Zəncirlərində (GVC) kiçik və orta sahibkarlığın iştirakı üzrə Katibliyinin rəhbəri Murat Kərimsakov deyib. Onun sözlərinə…

Daha çox

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin sərf ediləcəyi məqsədlər müəyyənləşir

Yaradılması təklif edilən Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlərin sərf ediləcəyi məqsədlər müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişiklik təklif edilir. Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək vəsaitlər: – ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə; – dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə; – ədliyyə orqanlarının…

Daha çox

ABŞ Ukrayna məsələsinə qarışmamalı idi

ABŞ Avropanın problemi olaraq qalmalı olan Ukrayna münaqişəsinə qarışmamalı idi. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. “Düşünürəm ki, nə isə olacaq. Olmayacaqsa, sadəcə uzaqlaşacağam və onlar davam edəcəklər. Bu, Avropada qalmalı idi, lakin biz bu işə qarışdıq. Ona görə ki, öncəki administrasiya qəti şəkildə qarışmaq istədi. Belə olan halda, biz pul və digər məsələlər baxımından Avropadan daha çox bu işə cəlb olunduq”, – deyə Ağ Ev rəhbəri bildirib.

Daha çox

NİİM sürücülərə müraciət edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) son zamanlar artan motosiklet qəzalarına əsasən sürücüləri diqqətli olmağa çağırıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib. Məlumatda qeyd olunub ki, ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qaydalara əməl edib piyada keçidindən keçən iki piyadanı motosiklet vurub. Digər bir anoloji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb: “Sürücülərin nəqliyyat vasitəsini sürətlə idarə etməsi, piyada keçidini bildirən nişana diqqət yetirməməsi və məsuliyyətsizlik sonda piyadaların vurulması ilə nəticələnir. Ölüm…

Daha çox