Britaniyalı ultra-marafonçu Uilyam Gudc Avstraliyanı bir başdan o biri başa qaçaraq keçən ən sürətli insan kimi yeni dünya rekordu müəyyən edib. SİA “Independent”ə istinadla xəbər verir ki, o, 3800 kilometrlik məsafəni cəmi 35 günə qət edərək Sidneydəki Bondi çimərliyində finiş xəttini keçib.
Otuz bir yaşlı idmançı aprelin 15-də ölkənin qərbində yerləşən Pört şəhərindən qaçışa başlayıb və hər gün orta hesabla 100 km yol qət edib. O, bu nəticə ilə əvvəlki rekordu geridə qoyub. Belə ki, 2023-cü ildə avstraliyalı Kris Turnbull eyni marşrutu 39 günə keçmişdi. U.Gudc uzun və çətin marafonu bitmək bilməyən bir kabus kimi xarakterizə edib.