Azərbaycan ilə Çexiya şəhər mobilliyi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib


Azərbaycan ilə Çexiyanın “Skoda Group” şirkəti şəhər mobilliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib. SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” səhifəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, müzakirələr onun Çexiyanın “Skoda Group” şirkətinin baş icraçı direktoru Petr Novotny ilə görüşü zamanı aparılıb.

Bundan başqa, görüşdə “Skoda Group” xidmət və məhsulları barədə ətraflı məlumat verib.

Əlaqəli Xəbərlər