İtaliya və ABŞ itkin düşmüş hərbçilərlə bağlı əməkdaşlığı möhkəmləndirir


İtaliya və ABŞ İkinci Dünya müharibəsi zamanı itkin düşmüş amerikalı hərbçilərin axtarışı üzrə əməliyyatların təkmilləşdirilməsinə dair memorandum imzalayıblar. SİA xəbər verir ki, 1943–1945-ci illərdə müttəfiqlərin Siciliya adasına hücumundan sonra İtaliyanın faşist və nasist ordusundan azad edilməsi kampaniyası üzrə gedən hərbi əməliyyatlar zamanı şiddətli döyüşlər baş verib və bu da saysız-hesabsız hərbçinin itkin düşməsi ilə nəticələnib.

Yeni saziş çərçivəsində aparılacaq axtarış əməliyyatları zamanı bəzi ərazilərdə mövcud olan arxeoloji abidələrin qorunmasına da xüsusi diqqət yetiriləcək.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Dünya müharibəsində iştirak edən və bu günədək itkin hesab edilən amerikalı hərbçilərin sayı təxminən 72 min nəfərdir.

Bildirilib ki, 1970-ci illərdən etibarən yenidən başlanan bərpa və axtarış işləri nəticəsində indiyədək demək olar ki, 1000 amerikalı hərbçinin qalıqları müəyyən olunaraq ailələrinə təhvil verilib.

Əlaqəli Xəbərlər