Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda əsas aktordur

Niderlandda Azərbaycanın potensialı, Cənubi Qafqazda liderliyi və Xəzər regionunda əsas rolu barədə məlumatlılığı artırmaq lazımdır. SİA xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə “The Holland Times” nəşrinə müsahibəsində deyib. Diplomat xatırladıb ki, bu il Azərbaycan və Niderland diplomatik əlaqələrin qurulmasından 33 illiyini qeyd edir. O bildirib ki, 2000-ci illərdə qarşılıqlı səfirliklərin təsis edilməsi əlaqələrə təkan verdi, rəsmi səfərlərə, qarşılıqlı sərmayələrə, mədəniyyət və təhsil mübadilələrinə zəmin yaradıb: “Niderlanddakı Azərbaycan icması ölkələrimizi birləşdirən körpü rolunu oynayır. Niderlandın yüksək keyfiyyətli təhsil sistemi ölkənizi çoxsaylı azərbaycanlı tələbələr üçün ən yaxşı istiqamətlərdən birinə…

Daha çox

Sahibkarların 26 %-i qadındır

Bu il yanvarın 1-nə Azərbaycanda kənd təsərüfatı, meşə təsərüfatı və balıqçılıq sektorunda fəliyyət göstərən sahibkarların 25,9 %-i və yaxud 133 388-i qadın olub. SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında bildirilir. Sənədə əsasən, qadın sahibkarların 133 365-i mikro, 22-si kiçik, 1-i isə orta sahibkar olub. 2024-cü ilin sonuna ölkədə kənd təsərüfatı, meşə təsərüfatı və balıqçılıq sektorunda 515 244 sahibkar fəaliyyət göstərib ki, bunun da 74,1 %-i və yaxud 381 856-sı kişilər olub.

Daha çox

Banklar müştərinin icazəsi olmadan bank kartından sığorta pulu çıxara bilərmi?

“Ümumiyyətlə, banklar kredit sığortası ilə əməkdaşlıq edirlər, xüsusən də uzunmüddətli kreditlərdə. Məsələn, sizin ipoteka kreditiniz varsa, ipoteka kreditini ödəmədən əvvəl əmlak sığortanızı və həyat sığortanızı ödəməlisiniz. Əmlak sığortası mütləq şəkildə olmalıdır, həyat sığortanız varsa, kreditdən əvvəl ödənməlidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, yəni kredit ödəyə bilmirsinizsə, həyat sığortasını da ödəyə bilmirsiniz: “İlk olaraq həyat sığortası ödənir, sonra kredit ödənilmiş sayılır və aktivləşir. Yəni, həmin vətəndaş da yəqin ki, o səlahiyyətləri banka verib. Hətta banka icazə verib ki, vaxtı keçərsə, öz hesabından vəsait silinə bilər.…

Daha çox

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, mətndə deyilir: “Hörmətli konfrans iştirakçıları! Sizi – “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankara şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən dost və qardaş Türkiyə Respublikasına böyük təşəkkürümü bildirirəm. Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfrans regionumuzda sülhün, ədalətin və insan hüquqlarının bərqərar olması yolunda çox əlamətdar hadisədir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər…

Daha çox

Uşaqların bağçaya getməsi uşaqlar üçün nə üçün önəmlidir?

“Bu, çox gözəl və vacib mövzudur. Nəyə görə? Çünki söhbət övladlarımızın gələcəyindən, onların həyata və cəmiyyətə uyğunlaşmasından gedir. İnsan həm bioloji, həm də sosial varlıqdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib Onun sözlərinə görə, sosial varlıq kimi isə insanın formalaşması əsasən 3-6 yaş dövründə, yəni uşaq bağçasına getdiyi müddətdə başlayır: “Bu dövr uşaqların sosiallaşma prosesinin əsas mərhələsidir. Nəyə görə uşaqlar bağçaya getməlidirlər? Çünki burada onlar yaşıdları və böyüklərlə ünsiyyət qurmağı, hörmət etməyi, qaydalara əməl etməyi öyrənirlər. Evdə uşaq valideynlərinə alışdığı üçün ərk edə bilər, lakin bağçada müəllim nizam-intizamla…

Daha çox

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Naxçıvanın kənd təsərrüfatı naziri təyin olunub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin olunub. SİA xəbər verir ki, bununla bağlı Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov qərar qəbul edib. Xatırladaq ki, indiyə qədər sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, yerli kənd təsərrüfatı nazirinin müavinidir.

Daha çox

“Gender bərabərliyinin təminatları haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb

Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunlara dəyişiklik layihəsi hazırlanıb. SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib. Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. İllik məlumatda qeyd olunub ki, aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq qanun layihəsi təkmilləşdirilib. Layihə hazırda müvafiq qurumlara razılaşdırılmaq üçün göndərilmə mərhələsindədir. Qeyd edək ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun Dayanıqlı İnkişaf Məqsədlərin 5-ci hədəf…

Daha çox

“Zəif nəticə cəza səbəbi deyil, araşdırma mövzusudur”

“Uşağın zəif qiymət almasına və ümumilikdə davranışlarına valideynin və ya müəllimin verdiyi reaksiya təkcə situativ cavab deyil, eyni zamanda onun şəxsiyyətinin formalaşmasına yönəlik mühüm tərbiyə vasitəsidir. Burada əsas məsələ reaksiyanın emosional yox, məqsədyönlü və psixoloji baxımdan sağlam olmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. O bildirib ki, zəif nəticə cəza səbəbi deyil, araşdırma mövzusudur: “Uşağın zəif qiymət alması onun tənbəlliyindən daha çox digər faktorların nəticəsi ola bilər. Buraya biz diqqət pozuntusu, motivasiya əksikliyi, emosional yüklənmə, müəllim-şagird münasibətinin zəifliyi və ya fənnə marağın olmaması…

Daha çox

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 12-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 10 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 2 torpaq sahəsi, 4 avadanlıq, 3 nəqliyyat vasitəsi və 1əmlak kompleksidir. Əmlakların start qiyməti 1 100 – 350 min manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir. Sifarişlər iyunun 5-nə qədər qəbul olunacaq.

Daha çox

Dövlət Komitəsi yeni qanunun qəbulunu təklif edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanunun qəbulunu təklif edib. SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib. Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. İllik məlumatda bildirilib ki, doğulan uşaqlar arasında cins balansının pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi, arzuolunmaz hamiləliyin qarşısının alınması və abortların azalması məqsədilə kontraseptivlərdən istifadənin təbliği, cinsi tərbiyə ilə bağlı maarifləndirmənin aparılması da qarşıya vəzifə kimi…

Daha çox