Sahibkarların 26 %-i qadındır

Bu il yanvarın 1-nə Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sektorunda fəliyyət göstərən sahibkarlıq subyektlərinin 26 %-i və yaxud 995-i qadın olub. SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında bildirilir. Sənədə əsasən, qadın sahibkarların 992-si mikro, 3-ü kiçik sahibkar olub. 2024-cü ilin sonuna ölkədə maliyyə və sığorta fəaliyyəti sektorunda 3 820 sahibkarlıq subyekti fəaliyyət göstərib ki, bunun da 74 %-i və yaxud 2 825-i kişilər olub.

Daha çox

Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir

Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankarada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. “2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir”, – dövlət başçısı vurğulayıb. Prezidentin sözlərinə görə, Qərbi…

Daha çox

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub. SİA “Mizan”a istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi məlumat yayıb. Bildirilib ki, hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra olunub. Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını…

Daha çox

“Crystal Group of Companies” ASC-nin ümumi yığıncağı keçirilib.

“Crystal Group of Companies” ASC-nin ümumi yığıncağı keçirilib. Yığıncaq zamanı şirkətin fəaliyyət istiqamətləri üzrə görülən işlərə dair ətraflı müzakirələr aparılıb, eləcə də struktur və kadr dəyişiklikləri, idarəçilik mexanizminin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində mühüm qərarlar qəbul olunub. SİA xəbər verir k, toplantıda çıxış edən “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev şirkətin gələcək strategiyasına uyğun olaraq idarəetmədə çevikliyin artırılması, resursların daha effektiv idarə olunması və korporativ inkişafın sürətləndirilməsi məqsədilə bir sıra yeni vəzifə təyinatlarının həyata keçirilməsi barədə yığıncaq iştirakçılarına məlumat verib. Belə ki, Rəsul Rəsulov və Rəfail…

Daha çox

Rusiya ordusundakı fərarilərin sayı…

Bu rəqəmi ordu korpusunun ölçüsü ilə müqayisə etmək olar..? …Ukraynada üç ildən çox davam edən müharibə zamanı ən azı 49 mindən artıq rusiyalı Rusiya ordusundan qaçıb. SİA xəbər verir ki, bu barədə “İmportant Stories” nəşri əvvəllər dərc olunmuş məlumatların araşdırmasına əsaslanaraq məlumat verib. Qeyd olunur ki, bu rəqəmi bir neçə diviziyadan ibarət ordu korpusunun ölçüsü ilə müqayisə etmək olar. Söhbət fərari kimi tanınan və ya bölmələrini icazəsiz tərk edən və eləcə də iki mənbədə adları qeyd olunan Rusiya hərbçilərindən gedir. Birincisi, 2024-cü ilin dekabrında “DPR-nin…

Daha çox

Sumqayıtda 8 min 500 abonentin qazı kəsiləcək

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. “Azəriqaz” İB Sumqayıt QİS-dən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon, 16-cı mikrorayon, Təzə Corat, Köhnə Coratın bir hissəsi və Novxanı qəsəbəsində cari təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan etibarən 8 min 500 abonentin qaz təchizatı dayandırılacaq. Qaz verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

Daha çox

Azərbaycan və OSPRİ təşkilatı əməkdaşlıq imkanlarını müzakirə ediblər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində Neft Dağılmalarına Hazırlıq üzrə Beynəlxalq Təşəbbüs (Oil Spill Preparedness Regional İnitiative – OSPRİ) təşkilatının nümayəndələri ilə görüş keçirilib. SİA nazirliyə istinadən xəbər verir ki, görüşdə Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov Xəzər dənizinin Azərbaycana məxsus ərazilərində baş verə biləcək neft dağılmalarına qarşı aparılan mübarizə tədbirlərindən danışıb. O bildirib ki, hazırda Agentlik “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiya və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə…

Daha çox

Azərbaycan vətəndaşları üçün Özbəkistana giriş sadələşdiriləcək

Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla (şəxsiyyət vəsiqəsi) girişə icazə verməyi planlaşdırır. SİA xəbər verir ki, bu, ölkə Prezidenti Şavkat Mirziyoyevin “2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında” fərmanında öz əksini tapıb. Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsinə, turizmin, işgüzar və humanitar əlaqələrin inkişafına yönəlib. Özbəkistan Xarici İşlər Nazirliyinə (XİN) ölkənin regionlarına turist axınını artırmaq üçün üç ay ərzində bu üç ölkənin müvafiq qurumları ilə danışıqlara başlamaq və nəticələrə əsasən öz…

Daha çox

Bakının Nardaran qəsəbəsində qaz kəsiləcək

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, rayonun Nardaran qəsəbəsində qaz xətlərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə mayın 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Abşeron, Piryolu, İstiqlaliyət küçələri və Yeni sahə, Bağlar yaşayış sahələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

Azərbaycanda qaz təsərrüfatı obyektlərinin lisenziyalaşdırılması üçün əlavə şərtlər genişləndirilib

Nazirlər Kabineti 7 noyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlərlə əvəzlənib və tərkibi aşağıdakı kimi təsdiqlənib (genişləndirilib): – lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin…

Daha çox